Icma.az
close
up
RU
Kanal rəhbəri mənə dedi ki, bu cür veriliş reytinq gətirir

Kanal rəhbəri mənə dedi ki, bu cür veriliş reytinq gətirir

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

"Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir atalar sözü var. Sən onu efirə çıxarırsan. Kim də başa düşməsə, 53 ildir sənətdəyəm, biz bilirik ki, sən onu necə ələ salırsan. Bunu reytinq xətrinə edirsən. O insanlar necə niskinləşiblər ki, onlar üçün heç bir müqəddəs hiss yoxdur. Körpə uşaqdan tutmuş yaşlı, əlil adama qədər efirə çıxarırlar. Aparıcının efirə çıxardığı həmin adama qeyri-ixtayari gülürlər. Amma aparıcı insanların beyninə yeridir ki, həmin şəxsə gün ağlayım, "adam" edim. Ona necə gün ağlaya bilərsən ki, o hələ gün işığı görməyib". 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Müsavat"a verdiyi müsahibəsində deyib. Sənətçi aparıcıları, efirdə müzakirə olunan ailə-məişət mövzularını qınayıb:

"Bu cəmiyyətlə mübarizə aparmaqdan qorxmuram. Mübarizə üsulum da dilimdir. Kimsə də deməsin ki, öz işinlə məşğul ol. Mənim işim vətənim, xalqımdır. Özüm üçün nəsə istəmirəm. Mən balalarım, nəvələrim, gələcəyimiz üçün danışıram. Yaxşı deyək ki, mən keçmiş fikirli adamam. Bəs, sən kimsən? Bunlar heç kimin acığına gəlməsin. Bunlara cavab tapmaq istəyirəm. 

Bəzi müğənniləri efirə buraxanlara da lənət olsun. O vaxt da bu, var idi. Amma onlar yaxalarından şüar asmırdılar. Onların mədəniyyəti, tərbiyəsi, qabilliyəti olub, kimin yanında necə danışmağı biliblər. Amma indi ağızlarına gələni danışırlar. Gəlirlər, nələri var danışırlar. Qadın danışır, kişi ağlayır ki, gəl, gedək evimizə. Ay bala, iki həftədir bu adam evdə yoxdur. 5 uşağı da qoyub gedib, haraya gəlsin?.

Bu cür verilişlərə görə, kanal rəhbərinə zəng vurmuşam ki, vallah ayıbdır. O da deyib ki, "Afaq xanım, bilirsiniz, necə reytinq gətirir?". Deməli, hər şeyi pula satacağıq? Namusu, qeyrəti, mentaliteti, qadınlığımızı, kişiliyimizi də?".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://axsam.az
archiveBu xəbər 19 İyul 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri