Kanat Bozumbayev: Ekspertlər AZALa məxsus təyyarənin Qazaxıstanın hava məkanından kənarda zədələndiyi qənaətinə gəliblər AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 28 dekabr, AZƏRTAC
İlkin məlumatlara görə, ekspertlər Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın hava məkanından kənarda zədələndiyi qənaətinə gəliblər.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan mətbuatına açıqlamasında hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev bildirib.
"Bu işlə bağlı məhkəmə-tibbi, histoloji və molekulyar-genetik ekspertizalar təyin edilib", - deyə Bozumbayev qeyd edib.
Onun sözlərinə görə, səbəb və halların müəyyən edilməsi üçün kompleks ekspertiza (məhkəmə-trassoloji, ballistik və partlayış-texniki) təyin edilib. "Yəni partlayışın nə vaxt və nədən baş verdiyi müəyyən olunacaq. Ekspertiza bizə dəqiq cavablar verməlidir. Araşdırmanın nəticələri beynəlxalq normalara uyğun olaraq ictimaiyyətə təqdim ediləcək", - deyə o bildirib.
Bozumbayev, həmçinin aviaqəzada həlak olanların hamısının hələ də tanınmadığını qeyd edib. Hazırda genetik araşdırmalar davam edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 28 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















