Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

“Kandar”dan o yana nələr var? Suallar və cavablar romanı

“Kandar”dan o yana nələr var? Suallar və cavablar romanı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan yazıçı-publisist Kamil Əfsəroğlunun  yaradıcılığında avtobioqrafik səciyyəli əsərlər çoxdur. Onun  oxucularına təqdim etdiyi  son romanı – “Kandar” yazıçının həyatının konkret dönəminə, hərbi xidmət dövrünə həsr edilib. Maraqlı olan həm də əsər üçün seçilmiş epiloqdur: “Bəd ruhlar yovuq düşməsin deyə, evimizin kandarından nal asmışdıq. Dünyanın da kandarından nal asmaq gərəkdir...”
Görəsən, niyə? Yazıçı bu epiloqu ilə nə demək istəyir? Əsgəri xidmətdən bəhs edən əsərini “Kandar” adlandırmaqda niyyəti nədir? Romanı oxutduran bu suallara alacağım cavabların marağı oldu. Etiraf edim ki, ilk səhifələr mənə darıxdırıcı gəldi. Romanın əvvəlində  publisistik üslub bədii üslubu üstələdiyindən əsər romandan çox sənədli oçerk təsiri bağışlayırdı. Sonrakı səhifələrdə isə yazıçı səmimiyyəti özünü göstərdi, obrazlı dili sözünü dedi, romanı sözbəsöz oxutdurdu. 
Əsərdə hadisələr ötən XX əsrin 70-ci illərində, keçmiş SSRİ dövründə baş verir. Kamil Əsrəfoğlunun “Kandar”ını fərqləndirən əsas cəhət əsərdə geniş oxucu kütləsi üçün maraq doğuran siyasi, ictimai məzmunlu informasiyaların bədii dillə çatdırılmasıdır. Həmin dövrü biz də yaşadığımızdan onların bəziləri bizə tanış olsa da, bilmədiklərimiz, uzun illər ictimaiyyətdən gizlin saxlanılan, bu günümüzdə belə üstündən sükutla keçilən məqamlar da çoxdur. Yazıçının hərbi xidmət dövründə   müşahidə etdiyi həyat həqiqəti belə idi: “Sovet vətəndaşlarına vəd edilən kommunizmdən  əsər-əlamət yox idi, əksinə, insanlar elə bil yolu-yolağanı azmışdılar, ona sarı getmir, gün-gündən o xəyali cəmiyyətdən uzaqlaşır, ümidsizliyə qapılırdılar. Aldanmış insanlar çıxış yolunu içkidə görür, ağına-bozuna baxmır, nə gəldi, nə düşdü içirdilər”. XX əsrin son onilliklərində paytaxt Moskvada, sosializmin göbəyində yazıçının gördüyü bu mənzərə tezliklə hər şeyin köklü dəyişəcəyinin anonsu imiş.
Romanda diqqəti cəlb edən məqamlardan biri də rus millətindən olanların hərbidə xüsusi statusa malik olması, ölkə sərhədlərinin qorunmasının ancaq onlara etibar edilməsi, rusların digər milllətlərdən üstün sayılmasıdır. Rus şovinizminin həqiqi simasını açan bu detallar göstərir ki,  sovet xalqlarının sarsılmaz dostluğu ancaq sözdə olub,  əslində isə bütün dairələrdə, hətta orduda belə ruslar üstün imtiyazlara sahibləniblər, digər etnik qruplardan, dinlərdən olanlara aşağı gözlə baxılıb. Əsərdə bütün bu nüanslar konkret faktlarla, hərbçilərin ad-familiyaları ilə verildiyindən romanın oxucunu inandırmaq gücünü artırır. Kamil Əfsəroğlunun hakimiyyətin yuxarı eşelonlarında baş verən çəkişmələri, ziddiyyətləri konkret faktlarla əks etdirməsi, onları əsərinə daxil etməsi romanı canlandırır, oxucu üçün maraqlı edir. Yazıçının əsgərlik macəralarının səmimi əks etdirməsi, istirahət saatlarında rəqs meydançalarında baş verənlərin nəqli kənd oğlanlarının ömürlərinin sonuna kimi həvəslə  danışdıqları “nağıl”ları xatırladır bizə...
“Alina komsomol putyovkasıyla Sibirə – BAM-a işləməyə gedib. Bu xəbər məndən ötrü gözlənilməz olduğundanmı, yoxsa, nədənsə, Sibir şaxtasının soyuğu canımdan keçdi, üşüdüm. Alinanın dilindən eşitdiyim sözlər qulağımda səsləndi: “Öz həyatının rəsmini özün çəkirsən, əlvan rəngləri seç...” Sovet gəncliyinin romantik qütbünün amalı belə idi. Yazıçı Alinanın timsalında dövrün romantik arzulu vətənpərvər gənclərinin dolğun obrazını canlandırmaqla göstərir ki, həmin dövrün gəncliyinin ən böyük arzusu SSRİ-də kommunizm cəmiyyətini qurmaq, yaratmaq, bu ideallara sədaqət olub.
O dövrdə hətta təbii fəlakətlər, qəzalar, yanğınlar belə xalqdan gizli saxlanılırdı. Bu bizim nəslin şahid olduğu, yaşadığı həqiqət idi və yazıçı gördüklərini romanda əks etdirməklə dünənimizdən sabahımıza körpü salır, sonrakı nəsilləri məlumatlandırmaqla ədəbiyyatın ən vacib missiyasını yerinə yetirir.  “Ölkənin kütləvi inforamasiya vasitələri ağızlarına su alıb susurdu. Onların demədiyini xarici radiostansiyalar deyirdi. Təyyarə qəzasında heyətlə birlikdə 73 nəfərin öldüyünü də “Alman dalğası”, “Azadlıq”, “Amerikanın səsi” radioları operativ xəbər kimi yaymışdı. Bu yad səsləri dinləmək də qadağan idi. Qərbdən yayılan yad səsləri boğmaqdan ötrü dövlət külli miqdarda vəsait xərcləyir, o radio dalğalarını vurmaq məqsədi ilə güclü stansiyalar qururdu. Ölkədə yalnız sovet radiolarının səsi-sədası eşidilməliydi. Qadağalar artdıqca, əksinə, əhalidə yad səslərə maraq çoxalırdı. Qəzadan 4 gün sonra sovet mətbuatı, radio və televiziyasının batmış dili açıldı. “İzvestiya” qəzeti isə səhifənin aşağı küncündə ikicə cümləlik xəbər yazmaqla kifayətləndi”.  
Əsərin maraqlı hissələrindən biri yazıçının mavzoleydə Leninlə ruhən söhbətidir:
“– Vladimir İliç, çar İkinci Nikolayın ərgən qızlarının, xəstə oğlunun güllələnməsinə necə qıydınız?
Lenin gözlərini açmadan cavab verir və ölünün dediklərini yalnız mən eşidirəm:
– Rusiyada monarxizmin kökü dibindən qazılmalıydı ki, xalq əlini çarizmdən birdəfəlik üzsün. O uşaqların babası mənim qardaşımı dar ağacından asdıranda onun qanını yerdə qoymayacağıma söz vermişdim.
– Asılanın qanı tökülmür, axı…
– Onda belə deyək – kəndirinin yerdə qalmayacağına and içmişdim. Tarix məni ittiham edə bilməz, çar ailəsini uşaqlı-böyüklü qırmaq haqda yazılı bir sənəddə mənim qolum yoxdur”. 
Yazıçı Kamil Əfsəroğlunun romanda demək istədiyi daha bir həqiqət var –insanların beynini dəyişməklə çox şeyə nail olmaq olar. Yəni ki,  Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı manqurtlar bütün dövrlərdə olub, olacaq. Leninin özü kimi, mavzoleyinin də müqəddəs olması  sovet adamının beyninə elə yeridilmişdi ki, Moskvaya yolu düşən sıravi şəxs  də  onun  ziyarətinə qaçırdı, şikayət məktubları ora ünvanlanırdı.  
“Kandar” romanını oxuduqdan sonra yazının əvvəlində axtardığım bir çox sualların cavabını tapdığımı düşünürəm. Romanın adı ilə bağlı beynimdə yaranan ilk fikir bu oldu ki, yazıçının məqsədi keçmiş SSRİ məkanının  kandarından o üzdə nələr baş verdiyini göstərmək, oxucuya çatdırmaq olub. Dünyanın kənarında dayanan müharibə təhlükəsini, dünyamızın bu təhlükədən yox olmaq qorxusunu xatırlatmaq da ola bilər.     
Bugünümüzdən sabahımızın kandarına necə adlamalıyıq? Suallar, yozumlar çoxdur.     Bəs sizin baxış bucağınızdan “Kandar” necə görünür? Bunu ancaq oxuyanda biləcəksiniz...

Esmira İSMAYILOVA, 
filologiya üzrə fəlsəfə doktoru 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri