Icma.az
close
up
RU
Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Böyük Britaniyada 65 yaşlı təqaüdçü qadının rəhbərlik etdiyi ailə külli miqdarda narkotik satışına görə mühakimə edilib. Məlumata görə ailə öz "fəaliyyət"ləri müddəti ərzində dəyəri 100 milyon dollardan, çəkisi isə bir tondan çox olan kokain satışı həyata keçirib.

Bu barədə Oxu.Az "People"a istinadən xəbər verir.

Məlumata görə, Londonda "Arıların kraliçası" və "Qanqster nənə" ləqəbləri ilə tanınan Debora Meyson Böyük Britaniyada ən böyük narkokartellərindən birini təşkil etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

İngilislər onun cinayətini Britaniya ədliyyəsi tarixində ailə təşkilatı ilə bağlı olan ən böyük narkotik hadisələrindən biri adlandırırlar.

Beləliklə, istintaq müəyyən edib ki, qadın öz qohumları - bacısı, uşaqları, uşaqların şərikləri və hətta qızının rəfiqəsi ilə birlikdə 7 ay ərzində ölkə daxilində kokain satışı ilə məşğul olub.

Narkotik partiyalarının topdansatış dəyəri ən azı 30 milyon dollar olduğu halda, ümumi pərakəndə satış dəyəri 100 milyon dolları keçib.

Aylarla davam edən izləmələrdən sonra London polisi bu işdə əli olanların hamısını həbs edib.

Debora Meysonla yanaşı onun qızları Demi Brayt (30 yaş) və Rozanna Meyson (29 yaş) - hər biri 11 ilə qədər, digər qızı, Lilli Brayt (26 yaş) - 13 il, oğlu Redji Brayt (24 yaş) - 15 il, bacısı Tina Qoldinq (66 yaş) - 10 il, qızının ortağı Demi Kendall (31 yaş) - 13.5 il, qızının rəfiqəsi Anita Sloter (44 yaş) - 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ümumilikdə məhkəmə qrup üzvlərinə 106.5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri