Icma.az
close
up
RU
800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Uzun illər boyunca canavarlarla dolu epik əsər kimi qəbul edilən "Veyd haqqında mahnı"nın əslində tamamilə fərqli məzmun daşıdığı məlum olub. 

Qaynarinfo "Interesting Engineering" jurnalına istinadən xəbər verir ki, Kembric Universitetinin alimləri 130 illik ədəbi sirri açaraq bu orta əsr əsərinin yanlış anlaşıldığını sübut ediblər.

Əvvəllər bu mətn qeyri-adi məxluqların və nəhənglərin yer aldığı epik bir dastan kimi dəyərləndirilirdi. Lakin yeni araşdırmalar göstərir ki, əsər əslində cəngavərlər, döyüşlər və saray intriqaları haqqında yazılmış bir romandır.

Bu dönüş nöqtəsinə, 800 il yaşı olan orta əsr moizəsindəki bir neçə sətrin düzgün oxunması ilə nail olunub. Alimlər əvvəllər "elflər" kimi oxunan bir sözün əslində "canavarlar" olduğunu müəyyən ediblər. Bu da əsərin məğzini tamamilə dəyişdirib.

Kembric Universitetindən Seb Falk bu dəyişiklik barədə belə deyib: "Elf" sözünün "canavar" kimi düzəldilməsi inanılmaz əhəmiyyət daşıyır. Bu, əfsanəni nəhənglər və məxluqlardan cəngavərlər və döyüşlər aləminə daşıyır".

"Veyd haqqında mahnı" orta əsrlərdə son dərəcə məşhur olan bir əsər olub. XIV əsrdə bu qədər tanınmış idi ki, onu "Canterberi hekayələri" də daxil olmaqla bir neçə əsərində Ceffri Çoser də xatırlayıb. Lakin Çoserin Veyd haqqında dedikləri uzun müddət alimlər üçün anlaşılmaz qalmışdı.

Araşdırmanın müəllifi Ceyms Veyd bu barədə deyib: "Uzun müddət idi ki, Çoserin Veydi saray intriqaları kontekstində niyə xatırladığı başa düşülmürdü. Bu yeni tapıntı həmin sirri aydınlaşdırır".

Əsərin orijinal mənbələrinin böyük hissəsi zamanla itmiş, mövcud fraqment əsasında tam hekayəni bərpa etmək mümkün olmamışdı. Lakin yeni tapıntılar Veydi xalq əfsanəsi və ya epik mətn deyil, cəngavərlik romanı kimi anlamağın daha doğru olduğunu göstərir.

Xüsusilə, Çoserin "Tacir hekayəsi" adlı moizəsində Veydin qayığına edilən istinadın bu baxımdan böyük əhəmiyyəti olduğu vurğulanır. Alimlər qeyd edirlər ki, Çoserin oxucuları həmin istinadı məhz cəngavərlik kontekstində tanıyacaqdılar, xalq nağıllarında və ya epik mifologiyada deyil.

Tədqiqatçılar eyni zamanda, moizə mətnində üç əsas sözün səhv oxunmasının məhz yazıçı tərəfindən edilən hərf qarışıqlıqları – xüsusilə "y” və "w” hərfləri arasındakı uyğunsuzluq – səbəbindən baş verdiyini bildiriblər.

Dəyişdirilmiş mətnin tərcüməsi isə belə səslənir:


Yanlış versiya:

"Bəziləri – elfdir, bəziləri – ilandır; bəziləri – su yaxınlığında yaşayan ruhlardır. Gildəbranddan başqa insan yoxdur".

Düzgün versiya:

"Beləliklə, onlar Veydlə birlikdə belə deyə bilərlər: Bəziləri – canavardır, bəziləri – ilandır; bəziləri – dəniz ilanlarıdır, su yaxınlığında yaşayırlar. Gildəbranddan başqa insan yoxdur".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri