Kanlaon vulkanına görə 85 mindən çox filippinli təxliyə edilib
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Associated Press" agentliyinin verdiyi məlumata görə, Filippinin mərkəzi Neqros adasındakı Kanlaon vulkanının yenidən püskürməsi təhlükəsi ilə əlaqədar təxminən 87 min filippinli təxliyə edilib.
Nəşr bildirib ki, vulkanın qərb və cənub yamacları ərazisindəki bütün yaşayış məntəqələrində əhalinin təcili təxliyəsi aparılır.
O cümlədən, 6 kilometrlik təhlükəli zonadan 47 minə yaxın sakin təxliyə edilir. İnsanlar xüsusi evakuasiya zonalarına yerləşdirilir, onlar üçün qoruyucu maskalar və qida toplanır.
İlk vulkan püskürməsi bir gün əvvəl baş verib. Kül sütununun hündürlüyü 3 km-ə çatıb. Püskürmə nəticəsində bölgədə ən azı altı daxili reys və Sinqapura bir reys ləğv edilib, daha iki təyyarə isə istiqaməti dəyişdirilib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















