Icma.az
close
up
RU
Kapadokyanın Ortahisar kəndi dünyanın ən gözəl kəndləri siyahısında FOTOLAR

Kapadokyanın Ortahisar kəndi dünyanın ən gözəl kəndləri siyahısında FOTOLAR

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ən möhtəşəm təbiət möcüzələrindən biri sayılan, məşhur “peri bacaları” və isti hava şarı turları ilə tanınan Kapadokya yenidən beynəlxalq səviyyədə tanınıb.

Bakıvaxtı.az xəbər verir ki, regionun mərkəzində yerləşən tarixi Ortahisar kəndi “Forbes” jurnalının açıqladığı 2025-ci il üçün “Dünyanın ən gözəl 50 kəndi” siyahısına düşərək, Kapadokyanın təkcə təbiət gözəlliyi deyil, həm də mədəni əhəmiyyət baxımından bənzərsiz turizm məkanı olduğunu bir daha sübut edib.
Kapadokyanın ən diqqətçəkən turizm guşələrindən olan Ortahisar hər bir səyyahın görməli məkanlar siyahısında olmağa layiqdir. Ürgüpdən cəmi 6 kilometr aralıda yerləşən kənd qədim qalası, qaya oyma tikililəri və səmanı bəzəyən rəngarəng şarlar ilə Kapadokyanın özünəməxsus cazibəsini bir araya gətirir.

Ənənəvi memarlığın əbədi cazibəsi

“Forbes” dərgisi Ortahisarı bölgənin vulkanik mənzərəsinə istinad edərək, ərik və kül rəngli səmanın altında Kapadokya torpaqlarından qalxan qədim bir monolit kimi təsvir edir. Milyon illər ərzində yağış və külək Erciyes, Hasandağ və Güllüdağ dağlarının püskürmələri nəticəsində əmələ gəlmiş yumşaq vulkanik qatları oyaraq, bu gün Kapadokyanın simvoluna çevrilən məşhur “peri bacaları”nı formalaşdırıb. Təbiət və zamanın yaratdığı bu unikal landşaft Kapadokyanın möhtəşəm gözəlliyinin əsas nişanəsinə çevrilib

Kəndin mərkəzində isə Ortahisar qalası yüksəlir. Əslində nəhəng bir “peri bacası” formasında olan bu qala, hələ het dövründə oyulduğu güman edilir. Mağaraları, göyərçin yuvaları və labirintvari tunelləri ilə dünyanın ilk çoxmərtəbəli yaşayış məkanlarından biri sayılır. Bu gün isə Kapadokyanın ən yüksək baxış nöqtələrindən biri kimi, möhtəşəm panoramik mənzərə təqdim edir.

Qalanın ətəyində yerləşən dar daş küçələr boyunca ənənəvi Kapadokya memarlığının nümunələri sıralanır. Küçələrin kənarında ərik satışı ilə məşğul köşklər və qızılgül qoxulu çay bağçaları turistləri valeh edir. Əvvəllər isə ətraf vadilərdə oyulmuş anbarlarda bölgədə yetişdirilən və ya Aralıq dənizindən gətirilən meyvə-tərəvəz – alma, kartof, portağal və limon saxlanılırdı.
Ortahisar həmçinin zəngin dini və mədəni irsi ilə də seçilir. Sarıca, Cambazlı, Tavşanlı kilsələri, Balkan dərəsi kilsələri və Hallaç dərəsi monastırı kimi abidələr Kapadokyanın çoxəsrlik tarixi və dini-mədəni ənənələrini bu günə daşıyır.

Nağıllar diyarı – Kapadokya

Kapadokyanın cazibəsi təkcə Ortahisar kəndi ilə məhdudlaşmır. Bu sehrli bölgə ötən il muzey və arxeoloji məkanlarına 4,37 milyon turist qəbul edərək dünyanın ən çox ziyarət olunan turizm mərkəzlərindən birinə çevrilib. Burada səyahətçiləri yeraltı şəhərlərdən və qaya kilsələrindən başlayaraq, həm möhtəşəm memarlığı, həm də müasir rahatlığı birləşdirən mağara otellərinə qədər unudulmaz təcrübələr gözləyir. Qonaqlar dəbdəbəli mağara otellərində spa xidmətlərindən yararlana, qəribə qaya quruluşları arasında at çaparaq gəzintiyə çıxa və ya saxsı emalatxanalarında öz sənət əsərlərini yarada bilərlər.

Bu təcrübələri isə Kapadokya mətbəxi tamamlayır. Türk və Anadolu kulinariya ənənələrinə əsaslanan yerli təamlar bölgənin özünəməxsus dadını təqdim edir. Məşhur gil qablarında bişirilən, yumşaq ət ilə yerli meyvələrin harmoniyasını birləşdirən yeməklər və tuf torpağından becərilən üzümlərlə hazırlanmış seçmə şərablar burada hər bir naharı unudulmaz edir.

Son illərdə Kapadokya gastronomiya sahəsində də beynəlxalq tanınma qazanıb. Bölgə artıq MICHELIN bələdçisinin Türkiyə xəritəsinə daxil edilib ki, bu da Kapadokyanın təkcə mədəni, həm də kulinariya turizmi üçün dünya səviyyəli bir məkan olduğunu bir daha sübut edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri