Icma.az
close
up
RU
Kapadokyanın Ortahisar kəndi 2025 ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi

Kapadokyanın Ortahisar kəndi 2025 ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən möhtəşəm təbiət möcüzələrindən biri sayılan, məşhur "peri bacaları" və isti hava şarı turları ilə tanınan Kapadokya yenidən beynəlxalq səviyyədə tanınıb. Regionun mərkəzində yerləşən tarixi Ortahisar kəndi “Forbes” jurnalının açıqladığı 2025-ci il üçün “Dünyanın ən gözəl 50 kəndi” siyahısına düşərək, Kapadokyanın təkcə təbiət gözəlliyi deyil, həm də mədəni əhəmiyyət baxımından bənzərsiz turizm məkanı olduğunu bir daha sübut edib.

Kapadokyanın ən diqqətçəkən turizm guşələrindən olan Ortahisar hər bir səyyahın görməli məkanlar siyahısında olmağa layiqdir. Ürgüpdən cəmi 6 kilometr aralıda yerləşən kənd qədim qalası, qaya oyma tikililəri və səmanı bəzəyən rəngarəng şarlar ilə Kapadokyanın özünəməxsus cazibəsini bir araya gətirir.

Ənənəvi memarlığın əbədi cazibəsi

Forbes” dərgisi Ortahisarı bölgənin vulkanik mənzərəsinə istinad edərək, ərik və kül rəngli səmanın altında Kapadokya torpaqlarından qalxan qədim bir monolit kimi təsvir edir. Milyon illər ərzində yağış və külək Erciyes, Hasandağ və Güllüdağ dağlarının püskürmələri nəticəsində əmələ gəlmiş yumşaq vulkanik qatları oyaraq, bu gün Kapadokyanın simvoluna çevrilən məşhur “peri bacaları”nı formalaşdırıb. Təbiət və zamanın yaratdığı bu unikal landşaft Kapadokyanın möhtəşəm gözəlliyinin əsas nişanəsinə çevrilib.

Kəndin mərkəzində isə Ortahisar qalası yüksəlir. Əslində nəhəng bir “peri bacası” formasında olan bu qala, hələ het dövründə oyulduğu güman edilir. Mağaraları, göyərçin yuvaları və labirintvari tunelləri ilə dünyanın ilk çoxmərtəbəli yaşayış məkanlarından biri sayılır. Bu gün isə Kapadokyanın ən yüksək baxış nöqtələrindən biri kimi, möhtəşəm panoramik mənzərə təqdim edir.

Qalanın ətəyində yerləşən dar daş küçələr boyunca ənənəvi Kapadokya memarlığının nümunələri sıralanır. Küçələrin kənarında ərik satışı ilə məşğul köşklər və qızılgül qoxulu çay bağçaları turistləri valeh edir. Əvvəllər isə ətraf vadilərdə oyulmuş anbarlarda bölgədə yetişdirilən və ya Aralıq dənizindən gətirilən meyvə-tərəvəz – alma, kartof, portağal və limon saxlanılırdı.

Ortahisar həmçinin zəngin dini və mədəni irsi ilə də seçilir. Sarıca, Cambazlı, Tavşanlı kilsələri, Balkan dərəsi kilsələri və Hallaç dərəsi monastırı kimi abidələr Kapadokyanın çoxəsrlik tarixi və dini-mədəni ənənələrini bu günə daşıyır.

Nağıllar diyarı – Kapadokya

Kapadokyanın cazibəsi təkcə Ortahisar kəndi ilə məhdudlaşmır. Bu sehrli bölgə ötən il muzey və arxeoloji məkanlarına 4,37 milyon turist qəbul edərək dünyanın ən çox ziyarət olunan turizm mərkəzlərindən birinə çevrilib. Burada səyahətçiləri yeraltı şəhərlərdən və qaya kilsələrindən başlayaraq, həm möhtəşəm memarlığı, həm də müasir rahatlığı birləşdirən mağara otellərinə qədər unudulmaz təcrübələr gözləyir. Qonaqlar dəbdəbəli mağara otellərində spa xidmətlərindən yararlana, qəribə qaya quruluşları arasında at çaparaq gəzintiyə çıxa və ya saxsı emalatxanalarında öz sənət əsərlərini yarada bilərlər.

Bu təcrübələri isə Kapadokya mətbəxi tamamlayır. Türk və Anadolu kulinariya ənənələrinə əsaslanan yerli təamlar bölgənin özünəməxsus dadını təqdim edir. Məşhur gil qablarında bişirilən, yumşaq ət ilə yerli meyvələrin harmoniyasını birləşdirən yeməklər və tuf torpağından becərilən üzümlərlə hazırlanmış seçmə şərablar burada hər bir naharı unudulmaz edir.

Son illərdə Kapadokya gastronomiya sahəsində də beynəlxalq tanınma qazanıb. Bölgə artıq MICHELIN bələdçisinin Türkiyə xəritəsinə daxil edilib ki, bu da Kapadokyanın təkcə mədəni, həm də kulinariya turizmi üçün dünya səviyyəli bir məkan olduğunu bir daha sübut edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri