Icma.az
close
up
RU
Kapital Bank dan şikayət: “3 saat yollarda qaldım, sistem işləmədi, axırda isə…” KONKRET

Kapital Bank dan şikayət: “3 saat yollarda qaldım, sistem işləmədi, axırda isə…” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün bir daha Kapitalbankın nə qədər inzibati resurslara güvənərək bərbad halda olduğunun şahidi oldum”.

KONKRET.az xəbər verir ki, bu sözləri Razi Abbasbəyli deyib.

Onun sözlərinə görə, deməli, “Western Union” pulköçürmə sistemi ilə Türkiyəyə pul yollamalı idim. “20 Yanvar”dakı “Bravo”da olan Kapitalbankın “Birbank” filalına getdim. Mənə dedilər ki, sürətli beynəlxalq pul köçürməsi sistemindən istifadə etmək üçün onlayn növbə götürməlisiniz. Təəccübləndim əslində. “Sürətli”, “Beynəlxalq pul köçürmə” və onlayn növbə. Nə isə yaxınlaşdım filala. Xanım dedi ki, yaxın bir saat ərzində Xırdalan filalına onlayn növbə götürə bilərsiniz. Növbəni götürdüm və dedilər ki, saat 14:00 da olun “Xirdalan” filalında olun. Getdim Xırdalandakı filala dedilər bura “Abşeron” filalıdır. Sən demə Xırdalanda iki filal var imiş və bunu mən deməyiblər. Nə isə gedib tapdım o filalı. Növbəm çatdı yaxınlaşdım bank əməkdaşına.

“Məlum oldu ki, Western Union sistemi işləmir. Dedim 3 saatdır yollardayam, niyə demirsiniz ki, sistem işləmir. Nəysə “nəhlət şeytana” deyib susdum. Və bu Kapitalbankın “istedadlı” əməkdaşı başladı ki, “niyə debüt karta atmırsınız?”, “Cəmi 1.5 faiz komissiya tutulur”. O qədər israr etdi ki, Türkiyəyə, bəlli Universitetin tələbəsi ilə danışırdım”.

“Xanım israr edir, hazırda Türkiyənin 1 nömrəli Universitetində təhsil alan iqtisadçı oğlu iqtisadçı da bu xanıma başa sala bilmir ki, 1000 azn köçürməyə azı 20 faiz, “göndərən bank”, “qəbul edən bank”, “konvertasiya” xərcləri 20 faiz olur. Xanım israr edirdi ki, yox siz elə Türkiyədəki Azərbaycan bank kartına atın pulu, 1000 manata 15 manat faiz ödəyib TL kimi çıxarsın”.

Nə isə… Anlata bilmədik ki, 1000 manata 200 manat çıxılır TL olaraq nağdlaşdırma zamanı. 

“Bir də maraqlı bir fakt mənə məlum oldu. “Золотая Корона” pulköçürmə sistemi Azərbaycanda işləyir. Çox ölkələrdə qadağan edilsə də, Azərbaycanda işləyir. Lakin Türkiyədə də işləyir. Buna baxmayaraq «Золотая Корона»nın mobil tətbiqində yalnız bir ünvanda Ankarada “Tiryaki” Ticarət Mərkəzində bu sistem üzərindən göndərilən pulları TL olaraq almaq mümkündür”.

“Əlbəttə ki, Kapitalbank-a etiraz edib oranı tərk etdim. 

Nə az getdim, nə düz getdim. Nə də dərə təpə keçdim. Gəldim “Bank Respublika”nın 200 metr məsafədə olan filalına. Növbə götürdüm. “Western Union” işləyir. Onlayn növbəyə də ehtiyac yoxdur. Müştəri kimi yaxınlaşdım və rahatlıqla pulu yolladım”.

“Nəticə bilirsiniz nədir? 

Dövlətin inzibati resursları üzərində qurulan bank müştərinin qarşısına ixtisaslı, savadlı, məlumatlı kadr çıxarmaqda maraqlı deyil. Aktivlər var, depozit var, problemli kredit portfeli riskli kateqoriyaya aid deyil. Ona görə ki, krediti ödəməyən müştərinin maaş, pensiya kartından avtomatik vəsait çıxılır”.

Amma “Bank Respublika” ayaqda qalmağa çalışır. Savadlı kadrları işə götürür. Daha çox məmnuniyyətə diqqət edir.

Bank sektorunda inhisarçılıq iqtisadiyyatımızı ciddi şəkildə zəiflədir. Bank sistemi iqtisadiyyatın qan-damar sistemidir. Tıxanıb. Bir gün ya infarkt olacaq, ya da insult keçirəcək. Anju lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri