Icma.az
close
up
RU
“Kapital Bank”a beynəlxalq səviyyədə daha bir nüfuzlu mükafat

“Kapital Bank”a beynəlxalq səviyyədə daha bir nüfuzlu mükafat

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan “Kapital Bank” beynəlxalq aləmdə daha bir mühüm uğura imza atıb. Bank, Böyük Britaniyada nəşr olunan nüfuzlu “International Investor” jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan olunub.

Bu mükafat “Kapital Bank”ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək nəticələrin, müştəriyönümlü və innovativ yanaşmanın beynəlxalq səviyyədə etirafıdır. “International Investor” jurnalı maliyyə sektorunda innovasiya, liderlik və strateji inkişaf üzrə fərqlənən qurumları təqdim edən qlobal platformadır.

Hal-hazırda “Kapital Bank” 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın 46 460 hüquqi şəxs və 221 538 fərdi sahibkardan ibarət geniş kommersiya müştəri bazası mövcuddur. 3 milyondan çox aktiv “Birbank” istifadəçisi ilə rəqəmsal həllər sahəsində də lider mövqedə olan bank çevik xidmətləri ilə seçilir.

“Kapital Bank” kiçik və orta bizneslərdən tutmuş iri korporativ müştərilərədək geniş spektrli xidmətlər təklif edir. Bankın fərdi yanaşması, məhsul dizaynındakı çeviklik və risklərin idarə olunmasındakı peşəkarlıq onun üstünlükləri sırasındadır.

Eyni zamanda, “Kapital Bank” yalnız maliyyə göstəriciləri ilə deyil, sosial layihələrə verdiyi dəstək, xüsusilə təhsil sahəsindəki təşəbbüsləri ilə də diqqət çəkir. Təqaüd proqramları, tələbələr üçün yaradılan inkişaf imkanları və cəmiyyətə faydalı layihələr bankın sosial məsuliyyət prinsiplərinin bariz nümunəsidir.

Qeyd edək ki, 2025-ci il üzrə bu, “Kapital Bank”ın “International Investor” tərəfindən aldığı ikinci mükafatdır. Bundan əvvəl bank “Best Private Banking Azerbaijan” nominasiyasında da qalib elan olunmuşdu. Hər iki mükafat bankın kütləvi və fərdi müştərilərə xidmət sahəsindəki yüksək standartlarını əks etdirir.

Kapital Bank “PAŞA Holdinq”ə daxildir və 118 filial, 54 şöbə ilə Azərbaycanın ən geniş xidmət şəbəkəsinə malik bankıdır. Əlavə məlumat və xidmətlərə dair www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın sosial şəbəkə hesablarına müraciət etmək mümkündür.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://dogru.az
archiveBu xəbər 21 May 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri