Kapital bazarlarında növbəti yenilik İlk zamanətli istiqrazlara investisiya fürsəti
Icma.az bildirir, Marja.az portalına istinadən.
(®) PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayterliyi ilə ölkədə ilk dəfə olaraq zəmənatli korporativ istiqraz buraxılışına start verilib.
Belə ki,10 ilə yaxındır ki, ölkənin avtomobil istehsalının təşkili üzrə fəaliyyət göstərən "Azərmaş Group" MMC-yə məxsus 10 milyon manat dəyərində korporativ istiqrazlar İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti əsasında ölkənin lider investisiya şirkəti PAŞA Kapital tərəfindən investorlara təqdim olunur.
Ümumi sayı 10 000 ədəd olan zəmanətli istiqrazların əsas xüsusiyyətləri:
• Nominal dəyər: 1000 AZN;
• Gəlirlilik faizi: İllik 13%;
• Faiz ödənişi: Rüblük;
• Tədavül müddəti: 3 il;
• Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş.
Yerli kapital bazarında ilk dəfə olaraq buraxılan zəmanətli korporativ investorlara uzunmüddətli etibarlı qazanc imkanı yaradır.
İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli Çağrı Mərkəzinə və ya PAŞA Kapital Ticarət Platforması vasitəsilə onlayn müraciət edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 27 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















