Kapitan: Araz Naxçıvan haqqında kim nə düşünürsə...
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Düşünürəm ki, komandamız mövsümün ilk yarısında göstərdi ki, yaxşı və möhkəm kollektiv formalaşıb. Hər matçın öz ağırlığı, çətinliyi var idi. Əsas odur ki, sabitliyi saxlaya bildik. Bu cür davam edib hədəfimizə çatmaq istəyirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Naxçıvan"ın kapitanı Vadim Abdullayev deyib.
Təcrübəli futbolçu"Araz-Naxçıvan" barədə "mövsümlük komanda" ifadəsinə münasibət bildirib:
"Araz Naxçıvan" haqqında kim nə düşünürsə, öz üzü bilər. Bizim üzərimizə düşən görəcəyimiz işlərdir. Komanda olaraq bunun üçün birləşmişik. Məşqçi, rəhbərlik və futbolçular qarışıq bir-birimizə dəstək olub yaxşı iş ortaya qoymaq niyyətindəyik".
Qeyd edək ki, aktivində 39 xal olan "Araz-Naxçıvan" qış fasiləsinə ikinci pillədə yollanıb.
Baxış sayı:134
Bu xəbər 24 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















