Icma.az
close
up
RU
Kapitan Kənan Muradov: Komandir və müavinlər şəhid oldu, məsuliyyət üzərimə düşdü

Kapitan Kənan Muradov: Komandir və müavinlər şəhid oldu, məsuliyyət üzərimə düşdü

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək rəşadətlə döyüşən igid əsgər və zabitlərimiz Qələbənin qazanılmasında müstəsna xidmətlər göstəriblər. Onlardan biri də III dərəcəli müharibə əlili, ehtiyatda olan kapitan Kənan Muradovdur.

Xocavənd istiqamətində aparılan hərbi əməliyyatlarda döyüşə girən Kənan Muradov torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşub.

Təcrübəli zabit, həmçinin 2023-cü ildə keçirilən uğurlu antiterror əməliyyatlarında da fəal iştirak edərək, strateji əməliyyatların planlaşdırılmasında və düşmənin hərbi hissəsinin ələ keçirilməsində komandir kimi böyük şücaət göstərib.

Kənan Muradov AZƏRTAC-a müsahibəsində keçdiyi şərəfli döyüş yolundan danışıb.

- Qəhrəmanlıq alayışı sizin üçün müharibədən əvvəl və sonra necə dəyişib?

- Mənim üçün hər bir Azərbaycan vətəndaşı, Azərbaycan əsgəri qəhrəmandır. Ziyalı və hərbçi-polis ailəsində böyümüşəm. Vətənə, dövlətə və dövlətçiliyə xidmət anlayışı bizə uşaqlıqdan aşılanıb.

16 yaşımdan hərbi təhsilə başlamışam, ali hərbi məktəbə qəbul olunmuşam. 20 yaşımda ilk zabit rütbəsi – leytenant rütbəsi almışam. Hərbi xidmətim boyunca tabeliyimdə olan şəxsi heyətə həm komandir, həm də böyük qardaş kimi yanaşmağa, onlara Vətənə sədaqətlə xidmət etməyin əhəmiyyətini aşılamağa çalışmışam. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin çətin dövründə həyata keçirdiyi siyasət, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ordumuzun quruculuğu istiqamətində gördüyü işlər tariximizdə mühüm yer tutur. Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının qətiyyətli rəhbərliyi və siyasi iradəsi nəticəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı, xalqımızın qəhrəmanlığı bütün dünyaya nümayiş olundu.

– Döyüş əməliyyatları zamanı yaddaşınızda silinməz iz buraxan hansı hadisəni bizimlə bölüşmək istərdiniz?

- Xocavənd istiqamətində mövqelərimizdən birinə düşmən tərəfindən qəfil hücum edilmişdi. Həmin mövqe bölüyümüzün dayaq məntəqəsindən sağ istiqamətdə yerləşirdi. Postun başçısı, çavuş Salman Cəbrayılov mənə məruzə etdi ki, döyüş zamanı bir hərbi qulluqçumuz şəhid olub, düşmənin isə iki hərbçisinin cəsədi səngərdə qalıb. Həmin vaxt bütün ön xətt düşmənin kiçik və iriçaplı silahlarından, minaatanlardan, top və tanklardan açılan intensiv atəşə məruz qalırdı. Buna baxmayaraq, taktiki qrup göndərmək əvəzinə, bir an belə tərəddüd etmədən özüm həmin mövqeyə yollandım. Mənimlə birlikdə üç əsgərim də gəlmişdi. Orada döyüş tapşırığının yerinə yetirilməsində böyük şücaət göstərən hərbi qulluqçularımız var idi. Mövqeyə hücum zamanı batalyon komandirimizin şəhid olması, onun müavinlərinin isə yaralanması nəticəsində komandirlik məsuliyyəti faktiki olaraq mənim üzərimə düşmüşdü. Bölük komandiri olaraq həm bölüyü, həm də batalyonu idarə etmək, döyüşün gedişinə və əməliyyat şəraitinə nəzarət etmək məcburiyyətində idim. Vəziyyət olduqca mürəkkəb və məsuliyyətli idi. İlk növbədə şəxsi heyətin təhlükəsizliyini təmin etməyə çalışdım və əsgərlərimin gizli sığınacaqlarda yerləşdirilməsinə nail oldum. Həmin döyüşdə düşmən ciddi itkilər verdi. Əsgərlərimiz böyük şücaət göstərərək düşmənin hücumunun qarşısının alınmasında mühüm rol oynadılar. Onların göstərdiyi cəsarət və döyüş əzmi heç vaxt yaddaşımdan silinməyəcək.

Müxbir -Tünzalə Arazlı

Videooperator - Vüsal Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri