Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Kəşfiyyatın “Mixaylo”su adlandırılan şəhid kapitan

Kəşfiyyatın “Mixaylo”su adlandırılan şəhid kapitan

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Aprel döyüşlərində tabeliyindəki heyətlə birlikdə həlak olan Mühüd Orucovun həyat yoldaşı: O, Vətən sevgisini hər şeydən uca tuturdu

Bakı, 2 aprel, AZƏRTAC

Hər kəs onu kəşfiyyatın “Mixaylo”su kimi xatırlayır. Daha çox riskli və ən çətin əməliyyatlarda uğurlu iştirakı ilə tanınan qəhrəman Ali Baş Komandan, Prezident İlham Əliyev, müdafiə naziri və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı tərəfindən dəfələrlə təltif olunub. Aprel döyüşləri zamanı isə düşmənin “Ohanyan səddini” rahatlıqla keçən ilk qəhrəmanlardan biri kimi tarixə düşüb.

AZƏRTAC Aprel döyüşləri şəhidi, XTQ kapitanı Mühüd Orucovun həyat və döyüş yoluna nəzər salır.

O, 1984-cü il iyulun 13-də Ermənistan ilə sərhəddə yerləşən Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb, uşaqlığı da həmin yaşayış məntəqəsində keçib. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücumları başlayandan sonra burada atəşkəs tez-tez pozulur, mülki əhali hədəfə alınırdı. Məhz həmin düşmən təxribatları onun gələcəkdə zabit olmaq qərarının əsasını qoymuşdu. Atası Mühüdə düşməndən qorxmamağı, igid Azərbaycan əsgərlərinin onları qoruduğunu aşılayırdı. Hərbi formaya xüsusi sevgisi olan Mühüd atasına ya şəhid, ya da general olacağı barədə söz vermişdi.

Mühüd orta məktəbi VIII sinfə qədər doğma kəndində oxuyub, sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, 2002-ci ildə liseyi bitirib və Heydər Əliyev adına Hərbi İnstituta qəbul edilib. 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. 2006–2007-ci illərdə Təlim-Tədris Mərkəzində zabit hazırlığını tamamlayıb. Təhsilini başa vurandan sonra Müdafiə Nazirliyinin əmri ilə "N" saylı hərbi hissədə kəşfiyyat taqım komandiri, sonra isə XTQ-də tabor komandiri vəzifəsinə qədər yüksəlib.

Mühüd 2008-ci il avqustun 8-dən noyabrın 15-dək Türkiyədə Dağ Komando Okulunda komando kursunda təlim keçib. Kursda olduğu müddətdə Mühüd intizamı, fiziki hazırlığı ilə diqqət çəkməyi bacarıb. Çətin tapşırığın öhdəsindən gələn Mühüd Orucovu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan aslanı” adlandırıb. Kurs müddətində Mühüd ən yüksək nəticələr əldə edərək 2 min nəfərin iştirak etdiyi təlimləri kurs birincisi olaraq başa vurub.

XTQ-də tabor komandiri vəzifəsinə yüksələn ən gənc zabit olan Mühüd Orucov ön xətdə, ən təhlükəli nöqtələrdə xidmət edib. O, Aprel döyüşlərindən əvvəl bir sıra döyüş əməliyyatlarının, məxfi tapşırıqların iştirakçısı olub. 2014-cü il avqustun 1-2-də Ağdam rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd yanındakı iki nəfərlə birlikdə düşmənin 18 xüsusi təyinatlısını məhv edərək, döyüş yoldaşlarını düşmən pusqusundan xilas edib. Həmin əməliyyata görə Ali Baş Komandan, Prezident İlham Əliyev cəbhə bölgəsində Mühüd Orucovu qiymətli hədiyyə - qızıl saat ilə mükafatlandırıb, ona uğurlar arzu edib.

Aprel döyüşlərində Mühüd Orucov Goranboy rayonu ərazisində düşmənin təxribatının qarşısını alarkən Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin 22 nömrəli postunu ələ keçirib və erməni taqımının 13 nəfər şəxsi heyətini məhv edib. Düşmən onlarla canlı qüvvəsini itirərək geri çəkilib. Nəticə əldə etmədiyinə görə ermənilər növbəti əks hücumu aprelin 3-ü saat 10 radələrində həyata keçirib. Bu hücumda ermənilərin 1 tank bölüyü, 1 artilleriya batareyası və 1 xüsusi təyinatlı taboru iştirak edirdi. Həmin postda Mühüd və bölməsi 2 saat qəhrəmancasına və böyük fədakarlıqla döyüşüb, onlar əllərində olan silahlarla düşmənin bir neçə tankını və bölməsini məhv ediblər. Sursatlar qurtarsa da, Mühüd postu son nəfəsinə kimi qəhrəmancasına müdafiə edib və döyüş mövqeyini tərk etməyib. Düşmənin tank və artilleriya atəşləri nəticəsində Mühüd tabeliyində olan heyətlə birlikdə döyüş mövqeyində qəhrəmancasına şəhid olub.

Beləliklə, aprelin 3-də Talış yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə mərmi partlayışı nəticəsində qəhrəmancasına şəhid olan Mühüd aprelin 9-da doğma kəndi Fərəhlidə böyük izdihamla son mənzilə yola salınıb.

Şəhidin həyat yoldaşı Qumru Orucova Mühüdün çox ciddi və zəhmli zabit, eyni zamanda, mülayim, zarafatcıl və qayğıkeş insan olduğunu bildirib: “Mühüdlə 2009-cu ildə ailə qurmuşuq. Vüqar və Anar adında əkiz övladlarımız var. Mühüd çox mülayim, zarafatcıl və inanılmaz dərəcədə qayğıkeş ata idi. İşinin ağırlığına baxmayaraq, evə gələn kimi bütün yorğunluğunu unudar, uşaqlarla vaxt keçirərdi. Onun verdiyi güvən hissi, ailəsinə olan sonsuz bağlılığı bizim üçün ən böyük xatirədir”.

Həyat yoldaşını şəhadətindən bir neçə gün əvvəl görmüş Qumru Orucova o günləri belə xatırlayıb: “Sonuncu dəfə 2016-cı il martın 28-də səhər Mühüdü yola saldıq. O, peşəkar hərbçi olduğu üçün evdə heç nə deməzdi. Həmin günlərdə əlaqə saxlamaq mümkün olmurdu. Son dəfə aprelin 2-si günortadan sonra danışdıq. Səsində arxayınlıq və qətiyyət var idi, hər şeyin yaxşı olduğunu deyərək bizi sakitləşdirdi. Mühüd Vətən sevgisini hər şeydən uca tuturdu və o günlərdə də yalnız torpaqlarımızın azadlığını fikirləşirdi. Sonuncu danışığımız yaddaşıma əbədi həkk olunub, sanki bizimlə vidalaşır, amma bizi qorumaq üçün bunu çox ehtiyatlı şəkildə edirdi. Möhkəm dayanmağımı, uşaqlardan muğayat olmağımı dönə-dönə tapşırdı. Onun məğrur səsini heç vaxt unuda bilmərəm. Mühüd aprelin 3-də Tərtər-Goranboy istiqamətində strateji əhəmiyyətli Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mühüd özündən sonra dolmayacaq bir boşluq buraxdı. Ondan geriyə elə hikmətli sözlər, kəlamlar qaldı ki, onun hər kəlməsi indi mənim üçün bir vəsiyyətdir. İstəyirəm, gələcək nəsillər bilsin ki, bu gün azad nəfəs aldığımız torpaqlar Mühüd Orucov kimi fədakar, qorxmaz, Vətənini canından çox sevən oğulların sayəsində bizdədir. Mühüdün həyat yolu, zabit şərəfi və göstərdiyi şücaət hər bir azərbaycanlı gənc üçün əsl vətənpərvərlik örnəyidir. O, xalqının qəlbində əbədi yaşayan qəhrəmanlardandır”.

Qeyd edək ki, şəhid kapitan Mühüd Orucov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub .

Müxbir – Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri