Karapetyan erməni xalqına elə şeylər vəd etdi ki…
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Güclü Ermənistan” bloku parlament seçkilərində qələbə qazanacağı təqdirdə aztəminatlı ailələrin elektrik və su ödənişlərini ləğv etməyi planlaşdırır.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə blokun eyniadlı partiyasının şura üzvü, lider Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan video müraciətində bildirib.
Onun sözlərinə görə, bu məqsədlə xüsusi fond yaradılacaq və sosial cəhətdən həssas ailələrin kommunal xərcləri həmin fond vasitəsilə qarşılanacaq.
“Yoxsulluğun aradan qaldırılması fondu” diaspor ermənilərinin ianələri hesabına maliyyələşdiriləcək. Karapetyan bu mexanizmin yoxsulluqla mübarizədə mühüm addım olacağını bildirib.
Samvel Karapetyan isə təqdim olunan proqramlara zəmanət verdiyini və komandasının elan etdiyi layihələrin icrasına inandığını açıqlayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək. Seçkilərdə 16 partiya və 2 siyasi blok iştirak edəcək.
Baxış sayı:128
Bu xəbər 05 İyun 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















