Icma.az
close
up
RU
“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilib AZƏRTAC

“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil edilmiş tədbirdə karbon emissiyaları ilə mübarizənin effektiv üsulları müzakirə edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DVX-nin rəisi Orxan Nəzərli çıxış edib. O, Bakıda keçirilən COP29 çərçivəsində “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirəsinin təşkilinin bu sahədə ədalətli yanaşmalar üçün yolların araşdırılması və qlobal əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib. Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri kimi karbon qiymətqoymanın istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitə olduğunu bildirib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) baş katibinin müavini Fabrisiya Lapekorellanın moderatorluğu ilə paneldə qlobal istiləşməyə, iqlim dəyişikliyinə və karbon emissiyalarına səbəb olan ən fundamental amillər barədə müzakirələr aparılıb. Panel müzakirəsinin əsas mövzusu karbon qiymətləri sahəsində hazırda qlobal miqyasda mövcud olan alətləri nəzərdən keçirmək, cari çağırışları və problemləri müəyyən etmək və bununla da universal həll yollarını araşdırmağa yönəlmiş yeni strategiyalar yaratmaq olub. Bildirilib ki, yanacağa əsaslanan enerji mənbələrinin hasilatı, emalı və istifadəsinin iqlimə mənfi təsirlərini azaltmaq üçün qlobal miqyasda daha effektiv yanaşmalar və yeni texnoloji həllər hazırlanır. Zaman keçdikcə onlar iqtisadi strategiyaların hədəflərinə daxil edilir.

Müzakirələrdə OECD-nin Vergi siyasəti və statistika şöbəsinin rəhbəri Kurt Van Dender, Harvard Universitetinin təmsilçisi İlay Sandler, “Ernst & Young” şirkətinin nümayəndəsi Kasia Klaçinska Lyuis, Beynəlxalq Valyuta Fondunun (BVF) İqlim siyasəti şöbəsinin rəhbəri Dora Benedek, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva aktiv iştirak ediblər.

Əsas müzakirələr karbon qiymətləri alətlərinin icmalı, ölkələr daxilində və beynəlxalq səviyyədə bu cür siyasətlərin əsas təsirləri, Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM), effektiv karbon qiymətlərinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlıq məsələlərini əhatə edib. Karbon qiymətlərinin müəyyən edilməsi mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, karbon vergisindən istifadə strategiyaları və bu vergi növünün innovasiyalara təsiri imkanları ilə bağlı interaktiv müzakirələr keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri