Sıfır emissiyalı elektrik enerjisi və karbon kreditləri bazarı ilə bağlı panel müzakirəsi keçirilib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 noyabr, AZƏRTAC
COP29 tədbiri çərçivəsində “AzərEnerji” ASC-nin pavilyonunda “SOCAR Trading” şirkətinin təşkilatçılığı ilə “Sıfır emissiyalı elektrik enerjisi: Karbon kreditləri bazarı elektrik şəbəkələrinin dekarbonizasiya edə bilərmi?” mövzusunda panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirədə iştirak edən xarici ekspertlər ilk öncə Azərbaycanda karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən Kəlbəcər və Laçındakı 7 kiçik su elektrik stansiyası haqqında qısa arayışla tanış olub, daha sonra iqtisadiyyatın elektrikləşməsi və elektrik şəbəkələrinin dekarbonizyasınının sıfır emissiyaya çatmaq üçün əsas vasitələr olduğu haqqında fikir mübadiləsi aparıblar.
Yekunda qonaqlar “Azərenerji” ASC-nin icra etdiyi, eləcə də potensial layihələr haqqında məlumatlarla tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















