Icma.az
close
up
RU
Karibdə gərginlik: Venesuela ABŞ ni günahlandırır

Karibdə gərginlik: Venesuela ABŞ ni günahlandırır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Venesuela ölkə sahilləri yaxınlığında neft tankerini ələ keçirən ABŞ-ni “dəniz quldurluğu"nda ittiham edərək, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) rəsmi məktub göndərib.

"Cebheinfo.az" xəbər verir ki, Venesuela xarici işlər naziri İvan Gilin imzası ilə BMT TŞ-yə ünvanlanan məktubda bu barədə bildirilib. Qeyd olunur ki, ABŞ hərbçiləri açıq dənizdə mülki bir gəmiyə zorla minib, heyəti saxlayıb və Venesuelaya məxsus neft daşınmasına qanunsuz şəkildə əl qoyublar.

Məktubda vurğulanıb ki, ələ keçirilən neft beynəlxalq hüquqa uyğun, qanuni və müntəzəm kommersiya fəaliyyətinin bir hissəsidir. Hadisənin ABŞ-nin Venesuelaya qarşı apardığı “davamlı təzyiq və aqressiya siyasəti çərçivəsində” baş verdiyi qeyd olunub.

Sənəddə bu addımın “dənizçilik azadlığını və qanuni beynəlxalq ticarəti qoruyan hüquqi normaların açıq şəkildə pozulması” olduğu bildirilib və ABŞ-yə qarşı “korsanlıq” ittihamı irəli sürülüb.

Məktubda ABŞ-dən saxlanılan heyətin dərhal azad edilməsi, ələ keçirilən neftin geri qaytarılması və Venesuelanın qanuni ticarətinə müdaxilələrin dayandırılması tələb olunub. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasına bu əməli qınamaq, dəniz təhlükəsizliyinin qorunması üçün addımlar atmaq və “dəniz quldurluğunun siyasi təzyiq alətinə çevrilməsinin” qarşısını almaq çağırışı edilib.

Bundan əlavə, BMT TŞ-dən Venesuelaya və ölkənin neft ticarətinə qarşı bu cür əməliyyatlara icazə verən hər hansı bir qərarın olmadığını yazılı şəkildə təsdiqləməsi istənilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 dekabr tarixində verdiyi açıqlamada Venesuela sahilləri yaxınlığında neft daşıyan bir tankerə əl qoyduqlarını bəyan etmişdi. Tramp tankerə “əsaslı səbəblərlə” əl qoyduqlarını və onu əllərində saxlayacaqlarını bildirmişdi.

Tramp daha əvvəlki açıqlamalarında Venesuelaya qarşı quru hücumları həyata keçirə biləcəklərini və bu hücumların “yaxın zamanda” başlaya biləcəyini demişdi.

Venesuela isə ABŞ-nin ölkə sahilləri yaxınlığında neft tankerini ələ keçirməsini “açıq-aşkar oğurluq” kimi qiymətləndirərək, məsələni beynəlxalq qurumlara daşıyacağını açıqlamışdı.

Venesuela Prezidenti Nikolas Maduro 12 dekabr tarixində ölkəsinin Karib hövzəsindəki ticarət hüquqlarının qorunacağını vurğulayıb:

“Bu səbəbdən Venesuela Karib hövzəsi boyunca həyata keçirilən bu cinayət xarakterli korsanlıq əməlini tam şəkildə rədd edir. Diplomatik, ticarət və hüquqi hüquqlarımızın qorunması üçün bütün lazımi göstərişləri vermişəm”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see409

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see261

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see252

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see250

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see247

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see236

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see231

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see226

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see225

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see219

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see217

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see214

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see209

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see206

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see206

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see204

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see201

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see192

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see191

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri