Icma.az
close
up
RU
Karlen İskəndərova şərti cəza verildi Şikayətçilər kimlərdir?

Karlen İskəndərova şərti cəza verildi Şikayətçilər kimlərdir?

Icma.az bildirir, Mia.az portalına istinadən.

Bir neçə tanışının etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Karlen İskəndərovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Karlen İgəndərova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Karlen İskəndərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Karlen İskəndərov paytaxtın Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyən zaman qulluq mövqeyindən istifadə edərək tanışı Etiraf Nağıyevin etibarından sui-istifadə etməklə ona, 2018-ci il ərzində Xətai rayonu Ukranya dairəsinin qarşısında yerləşən "Heydər Əliyev" parkında oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verib aldadaraq, ümumilikdə 64 min manat məbləğində dələduzluq edib.

Bundan başqa, o, tanışı Xanlar Bayramova paytaxtın Xətai rayonu, Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 17 min manat dələduzluq edib.

Həmçinin, K.İskəndərov, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Elmir Zərifovun etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı Pəri Zərifovanı Qax Dövlət Kukla Teatrına müdir düzəldəcəyi vədini verib inandıraraq ümumilikdə 30 min manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri