Karlsen şalvarına görə diskvalifikasiya edildi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nyu Yorkda keçirilən rapid üzrə dünya çempionatında qalmaqal baş verib və nəticədə şahmat üzrə dünya çempionu Maqnus Karlsen diskvalifikasiya edilib.
Axar.az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkə hesabında yazıb.
Məlum olub ki, norveçli şahmatçı 9-cu turda geyim qaydalarını pozduğuna görə diskvalifikasiya olunub – o, təşkilatçıların xəbərdarlığını nəzərə almadan oyuna cins şalvarda çıxıb.
“Mən köynək və pencək geyindim, düzü, cins şalvar haqda düşünmədim. Mənə dedilər ki, dəyişməliyəm, amma prinsipcə bunu etməməyə qərar verdim. Görünür, turniri bitirib, daha yaxşı hava olan yerə yollanacağam”, - Karlsen sosial şəbəkələrdə yazıb.
Baxış sayı:106
Bu xəbər 28 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















