Icma.az
close
up
RU
Karqo çatdırılmalarında yeni çağırışlar: Azərbaycan dünya təcrübəsinə uyğunlaşmaq istəyir

Karqo çatdırılmalarında yeni çağırışlar: Azərbaycan dünya təcrübəsinə uyğunlaşmaq istəyir

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə qlobal e-ticarətin sürətli inkişafı ilə paralel olaraq beynəlxalq karqo daşıma sektorunda yeni qaydalar və standartlar tətbiq edilir. Xüsusilə, müştəri hüquqlarının qorunması, rahat və şəffaf çatdırılma prosesinin təmin edilməsi, eyniləşdirmə prosedurlarının rəqəmsallaşdırılması bir çox ölkələrdə prioritetə çevrilib.

Dünyanın aparıcı logistika və karqo şirkətləri - UPS, FedEx, DHL və digərləri - müştəri rahatlığını artırmaq üçün smart çatdırılma sistemləri, rəqəmsal identifikasiya və alternativ təhvil məntəqələri kimi həlləri geniş tətbiq edirlər. Məsələn, Avropa və ABŞ-da müştərilərə sifariş zamanı çevik çatdırılma variantları təklif olunur: bağlama birbaşa ünvana, yaxınlıqdakı poçt məntəqəsinə və ya xüsusi “smart” şkaflara yönləndirilə bilər. Eyniləşdirmə üçün isə ənənəvi sənəd yoxlamasından imtina edilib, OTP (birdəfəlik parol), mobil tətbiq və biometrik həllər ön plana çıxıb.

Azərbaycan da bu sahədə beynəlxalq təcrübəyə uyğun addımlar atır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bu istiqamətdə nəzarət tədbirlərini gücləndirərək, karqo şirkətlərinin daşıma şərtlərini pozmasına qarşı ciddi tədbirlər görür.

Agentlik, Türkiyə və Çindən çatdırılma həyata keçirən bəzi karqo şirkətlərinin bağlamaları müştərinin ünvana çatdırmaq əvəzinə, məcburi şəkildə poçt məntəqələrinə yönləndirməsi, həmçinin eyniləşdirmə zamanı müştəridən əlavə sənədlər və hətta şəxsiyyət vəsiqəsinin şəklini tələb etməsi hallarına son qoyulmasını tələb edib. Bununla bağlı şirkətlərin rəhbər şəxsləri İKTA-ya dəvət olunaraq onlara rəsmi xəbərdarlıq edilib.

Agentlik hesab edir ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.

Məsələni “Report”a şərh edən yerli karqo şirkətlərindən birinin nümayəndəsi Pərviz Əzimov bu cür halların yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda özəl poçt daşıma şirkətlərində kuryer sistemi hələ tam formalaşmayıb:

“Müştəri sifariş zamanı çatdırılma ünvanı kimi öz yaşayış yerini seçsə də, bəzi hallarda bağlama birbaşa daşıyıcı şirkətin təhvil məntəqəsinə yönləndirilə bilər. Bu, yalnız kuryer müştərini tapa bilmədikdə, əlaqə nömrəsinə zəng çatmadıqda, ünvan yanlış göstərildikdə və ya müştərinin öz xahişi ilə baş verə bilər. Əgər bəzi şirkətlər bu hallar olmadan bağlamanı avtomatik olaraq təhvil məntəqəsinə göndərir və müştəridən onu oradan götürməsini tələb edirsə, bu, düzgün yanaşma deyil və yolverilməz hesab edilir”.

Şirkətlərin müştəridən əlavə sənədlər tələb etməsinə də toxunan P.Əzimov bu praktikanın şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaratdığını vurğulayıb:

“Şəxsiyyət vəsiqəsində konfidensial məlumatlar əks olunduğundan, onun şəklinin çəkilməsi müştəri üçün ciddi fəsadlara səbəb ola bilər. Qlobal miqyasda rəqəmsallaşma sürətlə inkişaf edir. Bu proses karqo sektoruna da təsir edir. Hazırda eyniləşdirmə üçün rəqəmsal həllər mövcuddur. Məsələn, bağlama müştəriyə çatdırıldıqda, eyniləşdirmə rəqəmsal imza və ya birdəfəlik OTP kod vasitəsilə həyata keçirilə bilər. Ümid edirəm ki, bu sistemlərin geniş tətbiqi bu sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri