Icma.az
close
up
RU
“Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” panel müzakirələr

“Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” panel müzakirələr

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov yarandığı gündən ölkəmizin həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universitetinin əsas missiyasının elm və tədris fəaliyyəti ilə yanaşı, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən yüksəkixtisaslı mütəxəssislər yetişdirmək olduğunu qeyd edib. Bildirib ki, “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda təşkil edilən panel müzakirələr postmüharibə dövründən sonra qalib dövlətin qalib gənclərinin qarşısında dayanan əsas hədəflərə həsr olunub.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qlobal aləmdə yeni sistemin yaradılmasına ehtiyac duyulduğunu və bu məsələdə innovativ, ağıllı, müasir düşüncəyə malik gənclərə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, ərazi bütövlüyünü təmin edən və quruculuq prosesinə start verən Azərbaycanda bütün pillələr üzrə təhsilinin keyfiyyətinin artırılması istiqamətində məqsədli işlər görülür. Bu sahədə ali təhsil müəssisələri əsas rol oynayır, çünki universitetlər birbaşa əmək bazarı üçün kadr hazırlayır. Bununla bərabər, gənclərin elm sahələrinə marağının artırılması da çox vacibdir. Elmin iqtisadiyyata transferi bunu zəruri edir.

BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycan son 30 il ərzində böyük inkişaf yolu qət edib. Bu inkişaf gənclər üçün yeni imkanlar açır. Modernləşmə dövründə gənclər arasında rəqabətliliyin artması özlüyündə yeni bir mərhələyə təkan verir. Bütün bunlara görə tələbə gənclər təhsil aldıqları ixtisası ən mükəmməl səviyyədə mənimsəməlidirlər.

“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin tərkib hissəsi olan könüllülük hərəkatının hazırda ölkəmizdə uğurla icra edildiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi yeni təşkilatların, həmçinin dövlət strukturlarının tərkiblərində könüllü qruplarının yaradılmasına və bunun kütləviləşməsinə təkan verdi. Əmək bazarında təhsillə bərabər, təcrübə də əsas götürülür, bu baxımdan könüllülük fəaliyyəti ən yaxşı nümunədir. O, Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) BDU-nun 500-dən çox tələbəsinin könüllü kimi fəaliyyətinin yüksək göstərici olduğunu vurğulayıb.

Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə Fondun fəaliyyət istiqamətlərindən və gənclər üçün yaratdığı geniş imkanlardan danışıb. Qeyd edib ki, gənclərin fəaliyyətlərinin stimullaşdırılması, təşkilatlara dəstəyin göstərilməsini əsas götürən Fond ölkədə gənclər siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev gənclərin fəaliyyət və təşəbbüslərinin dövlət tərəfindən kütləvi dəstəkləndiyini deyib. Qeyd edib ki, dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır.

Tədbir müzakirələr və tələbə gənclərin suallarının cavablandırılması ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri