Kartal Bakıda keçirilən oyunun əsas məqsədini açıqladı
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal “Turan Tovuz”la Bakıda keçirilən yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis jurnalistlərə açıqlamasında görüşdə əsas məqsədin nəticədən daha çox Azərbaycan-Türkiyə qardaşlığını və klublar arasındakı əlaqələri gücləndirmək olduğunu vurğulayıb.
“Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Biz də bu dəvəti məmnuniyyətlə qəbul edərək Bakıya gəldik. 2:0 hesabı ilə qalib gəldik. Amma bu oyunda qələbə və ya məğlubiyyət önəmli deyildi. Əsas məsələ əlaqələrimizi daha da möhkəmləndirmək idi”, – deyə Kartal bildirib.
Türkiyəli mütəxəssis belə qarşılaşmaların iki klub arasındakı münasibətlər baxımından əhəmiyyətini də qeyd edib. Bakıda baş tutan görüş həm komandaların hazırlığı, həm də iki ölkənin futbol əlaqələrinin möhkəmləndirilməsi baxımından diqqət çəkib.
İstanbul təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Oktyabr 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















