Icma.az
close
up
RU
Kartdan karta əməliyyatına görə yoxlamaları başlandı Vergi ödəyicilərini hansı sanksiyalar gözləyir?

Kartdan karta əməliyyatına görə yoxlamaları başlandı Vergi ödəyicilərini hansı sanksiyalar gözləyir?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kartdan karta" əməliyyatına yol verən vergi ödəyicilərini hansı sanksiyalar gözləyir?

Bu gündən bəzi sahibkarlıq subyektlərində vergi yoxlamaları başlayıb. Yoxlama POS-terminal quraşdırmalı olan sahibkarlıq subyektlərinin POS-terminal quraşdırmadan və ya POS-terminal olmasına baxmayaraq nağdsız əməliyyatları “card to card” ("kartdan karta") vasitəsilə həyata keçirən vergi ödəyiciləri ilə bağlıdır.

Bəzi vergi ödəyiciləri nağdsız ödənişlər zamanı vergidən yayınmaq və ya dövriyyəni az göstərmək məqsədilə satış zamanı vətəndaşlardan ödənişləri birbaşa kart hesablarına göndərmələrini tələb edirlər. Nəticədə bu cür halların baş verməsi vergi orqanlarının vergi tutulan əməliyyatlara nəzarət mexanizminin zəifləməsinə səbəb olur. Bu da öz növbəsində vergidən yayınma hallarına gətirib çıxarır.

Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri hesab olunurlar. Həmin vergi ödəyiciləri 2% dərəcəsi ilə vergiyə cəlb olunurlar. Lakin dövriyyə 200 min manatdan yuxarı olarsa, həmin şəxslər ƏDV qeydiyyatına alınmalıdırlar. ƏDV qeydiyyatına alındıqdan sonra isə həmin vergi ödəyiciləri mal, iş və xidmətlərə 18% dərəcəsi ilə vergi ödəməlidirlər.

Bundan başqa ƏDV ödəyici olan şəxslər həmçinin 20% dərəcəsi ilə gəlir və ya mənfəət vergisi ödəyiciləri də hesab olunurlar.

Nağdsız əməliyyatlar zamanı qanunvericiliyin tələblərini pozan vergi ödəyiciləri həm 2% ilə vergi ödəmək hüququnu itirməmək, həm də büdcəyə çatası vergi məbləğini daha az göstərmək üçün “alternativ” variantlara müraciət edirlər.

Vergi qanunvericiliyinə əsasən, POS-terminal quraşdırmış obyektlərdə nağdsız ödənişlərdən imtina olunması ilə bağlı təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verən vergi ödəyicilərinə 1000 manat, ikinci dəfə yol verdikdə 3000 manat, üçüncü və ya daha çox yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.

Bu cür ağır cərimə sanksiyalarına məruz qalmamaq üçün vergi ödəyicilərinə tövsiyəmiz bu olar ki, "kartdan karta" üsulu ilə vergidən yayınma hallarına yol verməsinlər. Mal, iş, xidmət üçün nağdsız ödəmələri vergi ödəyicisinin vergi orqanlarında qeydiyyata alınmış bank hesablarına bağlı olan POS-terminal vasitəsilə qəbul etsinlər.

Valeh Umarov, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri