Icma.az
close
up
RU
“Kartdankarta” əməliyyatını Vergilər Xidmətinə kim satır? Banklar, yoxsa…

“Kartdankarta” əməliyyatını Vergilər Xidmətinə kim satır? Banklar, yoxsa…

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, “kartdan-karta” ödəniş qəbul edən sahibkarlar Dövlət Vergi Xidməti (DVX) tərəfindən 1000-3000 manat dəyərində cərimə olunacaq. Belə ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Sahibkarlar bəzi hallarda vegidən yayınmaq üçün müştəriyə “kartdan-karta” əməliyyatı təklif edir. İddialara görə, bu əməliyyatları Vergilər Xidməti təsbit edə bilir. Sahibkarın adi bank hesabı haqda məlumatı DVX necə əldə edir? Banklar vətəndaşların məlumatlarını Vergi Xidmətinə ötürür?

Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Onun sözlərinə görə, məsələ bir qədər fərqlidir:

“Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada Vergi Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat verməli və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. Kartdan-karta ödənişlərin edilməsi barədə məlumatların banklar tərəfindən vergi xidmətinə ötürülməsinə gəlincə isə burada məsələ heç də bəzi şərhçilərin izah etdiyi kimi deyil”.

WhatsApp Image 2024 05 24 at 10.41.19 1

Fikrət Yusifov

Sabiq nazir deyib ki, vətəndaşın şəxsi hesabından apardığı hər hansı bir əməliyyat barədə bankların harasa məlumat ötürməsi mümkün deyil:

“Çünki şəxsə aid məlumatlar məxfi saxlanmalıdır. Bəs belə olan halda kartdan ödənişlərin aparılmasına dair məlumatlar vergi orqanlarına necə daxil olur? Bu sualın cavabı çox sadədir. Vergi orqanları apardıqları müşahidələr, keçirtdikləri reydlər zamanı belə faktları aşkara çıxarıb sahibkarları cərimələyirlər. Bu qəbildən olan halları aşkar etmək o qədər çətin iş deyil. Bir çox ticarət obyektlərində kartla ödənişi asanlaşdırmaq üçün kartın nömrəsi kassanın yaxınlığında görünən yerdə yapışdırılır. Biz bunu dəfələrlə görmüşük. Belə faktı aşkarlamaq üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur”.

F.Yusifov vergidən yayılanlarla bağlı sanksiyaların tətbiqindən söz açıb:

“Vergidən yayınmaq olmaz. Vergidən yayınmaq dövləti aldatmaq anlamına gəlir. Bu səbəbdən də istənilən ölkədə vergidən yayınmağa görə ciddi sanksiyalar tətbiq olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri