Icma.az
close
up
RU
1:3 nə fəlakətdi, nə də rəzalət, sadəcə...

1:3 nə fəlakətdi, nə də rəzalət, sadəcə...

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Mümkün qələbə “Qarabağ”ın yolunu əməllicə hamarlaşdıracaqdı, biz də artıq növbəti mərhələ ilə bağlı planlar qurmağa başlayacaqdıq.

Söhbət heç də təkcə Azərbaycan çempionunun xalını 9-a çatdırmasından, itkisiz irəliləyən 6 komandadan biri ola biləcəyindən getmir. Məğlubiyyət “Atletik”i də sıradan çıxaracaq, ümidlərini məhz edəcəkdi. Bu gün Quruseta “məhz “Qarabağ” üzərindəki qələbə sayəsində ÇL-lə bağlı ambisiyamızı qoruduq” deyirsə, düz deyir. “Atletik” uduzsaydı, 1 xala malik “Vilyarreal”, “Kopenhagen”, “Olimpiakos”, “Kayrat”, heç xalı olmayan “Benfika” və “Ayaks” kimi “vecsizlər klubu”na qoşulacaqdı.
Olmadı, alınmadı, qələbə nədi, heç 1 xal da qazana bilmədik. Həm komanda şəklində yaxşı oynamadıq, həm də ayrı-ayrı futbolçular potensialından aşağı səviyyədə oynadı. Ya da bəlkə belə demək daha doğru olar: potensiallarına uyğun oynadılar, sadəcə, o potensial La Liqa təmsilçisini “sındırmağa” yetmir. Hər nə isə, “Qarabağ”a müraciətlə məşhur ədibimiz İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanının adını xatırlayıb, irəli boylanaq.
Dünənki məğlubiyyətə rəğmən, turnir cədvəlində vəziyyət hələ də “Qarabağ”ın maraqlarına tam uyğundu. İndi oyundan-oyuna prinsipi ilə hərəkət etmək, planlama aparmaq lazımdı. Mümkünsə, doğma tribunaların da dəstəyi ilə “Çelsi”dən xal alaq. Bu mümkün olmasa, PSV önündə rəzalət yaşayan “Napoli”dən xal qoparmağa çalışaq. Allah eləməmiş, hər iki oyunda uduzsaq belə, 6-7-ci turlarda “Ayaks”la “Ayntraxt” Bakıya gəlir. Bu iki komandadan 4 xal almaq “Qarabağ”ı növbəti mərhələyə çox yaxınlaşdıracaq.
Atalarımız deyib ki, hər işdə bir xeyir var. Son məğlubiyyətin xeyri odu ki, iki inamlı qələbənin gətirdiyi ümummilli eyforiyadan qopacağıq, artıq xəyallar və illüziyalar yox, reallıqlar əsasında danışacağıq. Bu gün “böyük beşlik” ölkələrinin təmsilçiləri ilə mübarizə aparmağa çətinlik çəkirik. Bunu bacarmalıyıq, bunu öyrənməliyik, onlar qarşımıza çıxan kimi təntiyirik, topdan can qurtarmağa çalışırıq, əlimiz-ayağımız əsir.
Mən hətta “Qarabağ” və bu komandanın azarkeşləri üçün durumu başqa cür səciyyələndirmək istəyirəm: indi ağrıdan ləzzət almaq, ağrını məmnunluğa çevirmək lazımdı. Qurban Qurbanov və yetirmələri minimum vəzifənin öhdəsindən gəlib, 6 xal var, ÇL-də aşkar autsayder deyilik, bizə, yəni “Qarabağ”a hörmət edirlər, dəyərləndirirlər, Ernesto Valverde – illərin təcrübəsi sənin oyununla bağlı bütün taktiki incəlikləri öyrənir, çarə tapır və belədə vətənə məyus qayıtmalı olursan.
Uzun sözün qısası, onu demək istəyirəm ki, 1:3 nə fəlakətdi, nə də rəzalət, sadəcə, qəzavü-qədərdi, adamı xəyal qırıqlığına salan adi bir məğlubiyyətdi. Təsəvvür edin ki, son turda – cəmi 1 xala ehtiyac duyduğun məqamda 48-ci saniyədə önə çıxıb, sonra uduzursan və kənarda qalırsan. Onun ağrısına dözmək olardı? İndi isə dözək, nikbinliyi itirməyək, “Çelsi”nin Bakıya mümkün qədər zəif heyətlə gəlməsini arzulayaq.
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Oktyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri