Icma.az
close
up
RU
Kartof fri zərərli deyilmiş Yeni araşdırma

Kartof fri zərərli deyilmiş Yeni araşdırma

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın ən populyar təamlarından biri olan kartof fri zərərli qida siyahısından çıxmaq üzrədir. İllinoys Universitetinin tədqiqatçıları bu yeməyin hazırlanma texnologiyasında inqilabi yeniliyə imza atıblar. Tədqiqatçılar hazırladıqları yeni üsulla kartofun tərkibindəki yağ miqdarını əhəmiyyətli dərəcədə azaltmağın mümkün olduğunu bildirirlər.
Demokrat.az-ın məlumatına görə tədqiqatın rəhbəri, professor Pavan Sinqx Takhar qeyd edir ki, ənənəvi qızartma zamanı kartofun məsamələrindəki su buxarlandıqca içəridə aşağı təzyiq yaranır və yağ məhz bu boşluqlara sorulur. Alimlər aşkar ediblər ki, qızartma müddətinin təxminən 90 faizində bu proses davam edir.
Alimlərin təklif etdiyi həll yolu isə hibrid texnologiyadır. Onlar ənənəvi qızartma üsulu ilə mikrodalğalı şüalanmanı birləşdiriblər. Mikrodalğalar kartofu daxildən isidərək su molekullarını buxara çevirir və yaranan yüksək daxili təzyiq sayəsində yağın məsamələrə daxil olmasına mane olur.
Sınaqlar zamanı məlum olub ki, tək mikrodalğalı metod istifadə edildikdə məhsul yumşaq alınır və istənilən xırtıldayan effekti vermir. Hibrid yanaşma isə həm xırtıldayan qabığı qoruyur, həm də bişmə müddətini sürətləndirərək yağın hopmasını azaldır.
Tədqiqatçıların fikrincə, mövcud sənaye fritözlərinə cüzi xərclə mikrodalğalı generatorlar əlavə etməklə bu texnologiyanı kütləvi istehsalda tətbiq etmək mümkündür. Beləliklə, tezliklə sevimli yeməyimizin daha az kalorili və sağlam variantları restoran menyularında yer ala bilər.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri