Icma.az
close
up
RU
Kartof qızartması ilk kimin ağlına gəlib? Yeməyin TARİXİ

Kartof qızartması ilk kimin ağlına gəlib? Yeməyin TARİXİ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Sizcə, dünyanın hər yerindən hər yaşda olan insanları bir masa arxasında birləşdirəcək yeganə qida hansıdır? Deyirlər ki, zövqlər, rənglər mübahisəsizdir, amma bu süfrədə yeməyə kartof qızartması ola bilər desək, çoxumuz etiraz etməzdik. Yaxşı, hər yeməkdə ləzzətlə yeyilən kartof qızartmasının nə vaxt və necə yarandığını bilirsinizmi?

Lent.az xəbər verir ki, bəzi mənbələrə görə, kartof qızartması fransız yeməyidir. 18-ci əsrdə Parisdə yarandığını iddia edən bu qaynaqlarda kartof qızartmasının ilk dəfə Parisin əfsanəvi körpüsü olan Pont Neuf üzərində yoldan keçənlərə satıldığı bildirilir. Hətta əlavə edirlər ki, bu ilk fransız qızartması pommes Pont-Neuf adlanırdı.

Belçikalı yemək tarixçisi Pierre Leqluerk kartof qızartmasının tarixini araşdırır və bu yeməyi ilk dəfə 1775-ci ildə Parisdə nəşr olunan “La cuisiniere republicaine” adlı yemək kitabında görür.

Lakin fransız tarixçilərinin bu iddiaları dünyanın bir çox yerində diqqətçəkən hesab edilmir. Məsələn, belçikalılara görə kartof qızartması Namur şəhərində icad edilib. İllər keçdikcə kartof qızartması hətta Fransa və Belçika arasında bir ləzzət savaşına çevrildi.

Şayiələrə görə, Meusa çayı boyunca yaşayanlar 1680-ci ildə çay donduğu üçün balıq tutub qızarda bilməyiblər. Balıq qızarda bilməyən kişilər arvadlarını yedizdirmək üçün kartofu balıq formasında doğrayaraq qovurmağa başladılar və kartof qızartması belə yarandı.

Kartof qızartmasının tapılması Belçika ilə Fransa arasında böyük müzakirələrə səbəb olsa da, ləzzətli kartof qızartması yemək üçün Frankofoniya bölgələrini ziyarət edənlər yanılmır. Bu gün xüsusilə Belçikada hazırlanan kartof qızartması dünyanın heç bir yerində rast gəlinməyəcək bir dada malikdir. Belçika hətta bu yeməyin mədəni irsə çevrilməsi üçün UNESCO-ya müraciət edib.

Frankofoniya bölgəsində kartofun yayılmasında mühüm rol oynayan şəxs var - Antoine-Augustin Parmentier. Fransız əczaçı və torpaqşünas Antoine-Augustin Parmentier, Cənubi Amerikadan İspan kəşfiyyatçıları tərəfindən Avropaya gətirilən kartofun Fransız mətbəxində yer tutması üçün çox çalışdı. Parmentier müxtəlif kartof xörəkləri bişirir və böyük qruplara ziyafət verirdi.

Bu ziyafətlərdə hətta ABŞ-ın keçmiş prezidenti Tomas Ceffersonun da iştirak etdiyi barədə şayiələr var. İddialara görə, Parmentier banketlər verdiyi illərdə Ağ Evdə onun əl yazısı ilə yazdığı “xırda dilimlərdə çiy qızardılmış kartof” reseptindən ilhamlanaraq kartof qızartması verilirdi.

Fərz etmək olar ki, ABŞ-da qızardılmış kartofu populyarlaşdıran şəxs Tomas Ceffersondur. Bir fərqlə ki, Cefferson kartofun uzununa deyil, dairələrə kəsilməsini istəyirdi. Lakin o, nə qədər çalışsa da, kartof qızartmasını məşhurlaşdıra bilməyib. ABŞ-da kartof qızartmasının hazırkı populyarlığının əsası Birinci Dünya Müharibəsi illərində idi.

Qızardılmış kartofun ortaya çıxması ilə bağlı üstünlük təşkil edən bu iki iddiadan hansının doğru olduğu bilinmir. Amma bu gün ABŞ-da su kimi istehlak edilən kartof qızartmasının təməli ABŞ-da qoyulmadığı dəqiqdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see364

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see196

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see140

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see133

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see132

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri