Karvaan Yevlax öhdəliklərini yerinə yetirdi sabiq baş məşqçiyə kompensasiya ödənildi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Karvan-Yevlax" ötən ilin noyabr ayında yollarını ayırdığı Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada qeyd olunub:
"Son bir neçə ay ərzində klubumuzla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilmiş və müqaviləyə xitam verilmişdir.
Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunmuşdur. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik.
Karvan Yevlax Futbol klubu məşqçilər heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















