Icma.az
close
up
RU
Karvan və İmişli nin ev oyunlarını Şamaxıda keçirməsi bizim üçün problem ola bilər Ayxan Abbasov

Karvan və İmişli nin ev oyunlarını Şamaxıda keçirməsi bizim üçün problem ola bilər Ayxan Abbasov

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Şamaxı" yoxlama matçı çərçivəsində "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bununla da toplanışı yekunlaşdıran "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov bunları qeyd edib:

"Zirə"yə öz təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz ki, oyun planımızda biraz dəyişiklik oldu. Yeni komandayıq. Bizə qoşulan yeni futbolçularla birlikdə təlim-məşq toplanışımızın yaxşı keçdiyini düşünürəm. Əsas odur ki, zədə olmadı.

Heyəti büdcəmizə uyğun formalaşdırmışıq. Belə deyək, bu komanda mübarizə apara biləcək. Məqsədlərdən danışanda aydındır ki, əsas məqsəd qələbələrdir, amma elə klublar var ki, onlarla çətin olacaq. Heyətin güclənməsinə ehtiyacımız var, 2-3 futbolçu da istərdik. Elə mövqelər var ki, orada çətinliklərlə üzləşə bilərik, çünki mövsüm uzun marafondur. Komandanın böyük hissəsi gənclərdən ibarətdir, amma onlara inanıram.

Abdulla Şuaybuya gəldikdə isə, ondan çox şey gözləyirik. Bilirəm ki, “Kəpəz”də yaxşı mövsüm keçirib. Ötən il I Liqada idi. Hələ ideal formada deyil. Amma inanın ki, çox böyük istəyi var və mən inanıram ki, bizə çox kömək edəcək.

Premyer Liqanın bəzi klublarının (“Karvan” və “İmişli”) ev oyunlarını Şamaxı Şəhər Stadionunda keçirməsi bizim üçün problem ola bilər. Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən. Bildiyiniz kimi, stadionda işıqlandırma yoxdur və bu, məşq prosesimizi poza bilər. Məsələn, əgər cümə və şənbə günləri başqaları oynayacaqsa, bazar günü “Şamaxı” oyunu olarsa, biz ümumiyyətlə 1-2 gün məşq edə bilməyəcəyik. Əgər futbolumuzun inkişafını istəyiriksə, meydanlar lazımdır. Məncə, buna sərmayə qoyulmalıdır. Meydanlar olmadan çətin olacaq. Müvəqqəti olaraq haradasa oynamaq olar, amma biz daha peşəkar olmalıyıq”,

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Avqust 2025 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri