Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Karvan Yevlax hesabı açdı

Karvan Yevlax hesabı açdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Misli premyer-liqasında “Zəfər turu”nun – yəni 11-ci turun həyəcanı davam edir. Dünən keçirilən matçlarda “Şamaxı” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qalib gəldi.

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah keçiriləcək oyunlarla 1-ci dövrə başa çatacaq.
Misli premyer-liqası
1-ci dövrə, 11-ci tur
8 noyabr
Araz-Naxçıvan – Karvan-Yevlax 0:1

Araz Abdullayev, 17
“Araz-Naxçıvan” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: NİCAT İSMAYILLI, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15.44.
“Sumqayıt”a məğlubiyyətdən sarsılan “Araz-Naxçıvan” bu matçda mütləq qələbə qazanmalıdı. Yoxsa yığmaların oyunuyla bağlı fasiləyə 6-cı pillədən də aşağıda yollana bilər. İş ondadı ki, “Karvan-Yevlax”ın durumu daha faciəvidi. 11-ci yerdə qərarlaşan komanda indiyə qədər cəmi bir qələbə qazanıb. Bölgə təəmsilçisi “qırmızı-ağlar”ın meydanından azı bir xalla ayrılmalıdı ki, motivasiya mənbəyi qazansın. Əks halda, 2-ci dövrədə “sükan arxasında” Azər Həşimovu görməmək ehtimalımız böyükdü.
Zirə - Turan Tovuz
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 6:+3=2-1, 7:6.
2022/23 – 2:1, 1:3; 2023/24 – 2:1, 1:1; 2024/25 – 0:0, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.44.
Rəşad Sadıqov demişkən, “Zirə”ni “Turan Tovuz”a qarşı çox çətin sınaq gözləyir. Qəsəbə təmsilçisi avrokuboklara vəsiqə uğrunda mübarizədə şansını artırmaq istəyir. “Bozqurd”un hədəfi isə çempionluqdu. Hazırda zirvədə qərarlaşan tovuzlular yerini möhkəmlətmək üçün Zirədən qələbə ilə qayıtmağa məcburdu. Öz aramızdı, premyer-liqada potensial lider çoxdu. Belədə ehtiyatı əldən vermək intihara bərabərdi.
Düzdü, bu matç üçün statistika “qartallar”dan yanadı. Çünki indiyəqədərki 12 oyunun 7-də məhz Rəşad Sadıqovun komandası qələbə qazanıb. Tovuzlular 3 dəfə sevinib, 2 oyunda heç-heçə qeydə alınıb. “Zirə” topların nisbətində də öndədi – 16:10. Ancaq rəqəmlərə bel bağlamaq olmaz. Axı “Turan Tovuz” yüksəliş dönəmimi yaşayır.
9 noyabr
Kəpəz – Sabah

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 6:+1=1-4, 8:14.
2022/23 – 2:2, 0:3; 2023/24 – 0:2, 1:2; 2024/25 – 2:3, 3:2.
Cəzalılar: Məmməd Hüseynov, Dioqo Verdaşka (hər ikisi “Kəpəz”).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ, şəhər stadionu. Saat 15.44.
Mövsümün ən uğursuz komandası olan “Kəpəz” hələ qələbə formulunu tapmaqda çətinlik çəkir. Gəncəlilır Azər Bağırovun təyinatından sonra qazandığı yeganə qələbənin istisinə qızınır. Ancaq reallıq var: zaman “sarı-göylər”in əleyhinə işləyir, hər tur onları 1-ci liqaya daha bir addım yaxınlaşdırır. Deməli, “Kəpəz”in “Sabah”la oyunda azı bir xala ehtiyacı var. Bəs Masazır təmsilçisi buna imkan verəcəkmi? Əlbəttə, yox! Təbii ki, sürpriz nəticə qeydə alınmasa... Çünki 7 oyundu uduzmayan “bayquşlar” bu matçda da qalib gəlməklə ilk “dördlük”dəki yerini möhkəmlətməyə çalışacaq.
Komandalar indiyə qədər 12 dəfə qarşılaşıb. Bunların 2-də “Kəpəz”, 7-də “Sabah” qələbə qazanıb, 3-də “sülh” qeydə alınıb. Topların nisbətində Masazır təmsilçisi öndədi – 28:15.
Qarabağ – Neftçi
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 49:+24=15-10, 69:40.
1992/93 - 2:1; 1993/94 - 1:0; 1994/95 - 0:0; 1995/96 - 1:1, 1:2*, 1996/97 - 2:1; 1997/98 - 1:0; 1998/99 - 1:0, 1:0; 200/01 - 1:1; 2000/01 - 0:4; 2002/03 - 1:0; 2003/04 - 1:3; 2004/05 - 2:1; 2005/06 - 2:2; 2006/07 - 0:2; 2007/08 - 0:0; 2008/09 - 1:1; 2009/10 - 1:0, 2:0; 2010/11 - 0:1, 3:0; 2011/12 - 1:2, 0:0; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:1, 1:1; 2014/15 - 0:0, 3:2; 2015/16 - 1:1, 2:0; 2016/17 - 3:0, 1:1; 2017/18 - 1:0, 0:1; 2018/19 - 1:1, 1:1; 2019/20 - 2:0, 0:0; 2020/21 - 1:2, 1:2; 2021/22- 4:0, 4:1; 2022/23 - 3:1, 1:1; 2023/24 – 2:0; 2024/25 – 4:0, 3:0.
* - neytral meydanda keçirilib.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Azərsun Arena”. Saat 18.44.
Futbol ictimaiyyətinin mövsümün əvvəlindən səbrsizliklə gözlədiyi Azərbaycan derbisi, nəhayət, sabah keçiriləcək. Bir tərəfdə ölkəmizi Çempionlar Liqasında layiqincə təmsil edən “Qarabağ”, digər tərəfdə Abubakar gələndən sonra forsu yerə-göyə sığmayan “Neftçi”. “Köhlən atlar” “Çelsi” ilə oyunda xeyli güc sərf etdiyindən yorğun görünə, Qurban Qurbanov geniş rotasiyaya əl ata bilər. Ancaq meydan sahibləri bu məqamın hədəfə gedən yolda maneə yaratmaması üçün əlindən gələni edəcək. Axı qələbə həm də çempionluq üçün yetərincə vacibdi. “Neftçi” gəlincə, Samir Abasovun komandası 7 turdu uduzmur. Ən müxtəlif səbəblərdən son illərin ən maraqlı Azərbaycan derbisinə şahdilik edəcəyimizi düşünürükl.
Bu komandalar indiyə qədər 99 dəfə qarşılaşıb. Bunların 45-də “Qarabağ”, 23-də “Neftçi” qalib gəlib, 31-də heç-heçə qeydə alınıb. Topların nisbətində ağdamlılar öndədi – 140-84. Yeri gəlmişkən, ölkə çempionatı tarixində ilk dəfə iki komanda 100-cü dəfə bir-biri ilə qarşılaşacaq.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri