Karvaxalın “Xetafe”yə keçidinə La Liqadan maneə səbəb maaşıdır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Real Madrid” futbol klubundan ayrılan Dani Karvaxalın “Xetafe”yə keçidi La Liqanın maliyyə nəzarəti səbəbindən sual altına düşüb.
İdman.Biz “El Larguero”ya istinadən xəbər verir ki, La Liqanın maliyyə ekspertləri 34 yaşlı müdafiəçinin yeni klubunda alacağı maaşın real olub-olmadığını araşdırırlar.
Bildirilib ki, Karvaxalın “Real Madrid”də yüksək məvacib alması onun “Xetafe”də daha aşağı maaşla çıxış etməsi ilə bağlı suallar yaradıb. Futbolçunun Madriddə illik təxminən 10 milyon avro (19,095 milyon manat) qazandığı, “Xetafe”də isə 400 min avro (763 800 manat) maaş almasının nəzərdə tutulduğu bildirilib.
La Liqanın qaydalarına əsasən, klublar futbolçularla istənilən məbləğdə müqavilə bağlaya bilmirlər. Müstəqil maliyyə ekspertləri oyunçunun yaşı, əvvəlki gəlirləri, bazar dəyəri və müqavilənin şərtlərini nəzərə alaraq təklif olunan maaşın real olub-olmadığını qiymətləndirirlər. Bu qaydaların əsas məqsədlərindən biri müqavilədə aşağı maaş göstərilərək əlavə ödənişlərin qeyri-rəsmi şəkildə həyata keçirilməsinin qarşısını almaqdır.
Qeyd edək ki, Karvaxal hazırda azad agentdir. O, transfer pəncərəsi bağlandıqdan sonra da La Liqanın tələblərinə cavab verdiyi halda “Xetafe”yə keçə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Oktyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















