Icma.az
close
up
RU
“Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu!

“Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu!

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

19 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” (GMD) İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Karyerada Peşəkarlıq” Forumu keçirilib.

SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiilə başlayıb. Keçirilən forumda Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Bakı Dövlət Universiteti THİK sədri Zöhrab Cavadzadə , “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin (GMD) sədri Aynurə Salmanlı Ələkbərli iştirak ediblər.

Tədbirdə iş dünyasının üç əsas istiqaməti – HR (İnsan Resursları), PR (İctimaiyyətlə Əlaqələr) və PM (Layihə İdarəçiliyi) sahələrinə toxunulub.

Tədbirdə hər üç sahə üzrə tanınmış mütəxəssislər çıxış ediblər:

• PR sahəsi üzrə: Urfan Orucov, Kontakt Home-un Yaradıcılıq və Art Dizayn şöbəsinin rəhbəri.

• PM sahəsi üzrə: İlkin Haxverdiyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Layihələrin İcrasında Nəzarət İdarəsində icraçı direktor müşaviri.

• HR sahəsi üzrə: Vəfa Əsədova, Azərsun Holding-in Təlim və İnkişaf üzrə baş mütəxəssisi.

Hər bir spiker öz sahəsindəki təcrübələrini bölüşərək iştirakçılara karyera planlaşdırılması, sahə seçimi və peşəkar inkişaf barədə dəyərli məsləhətlər veriblər.

Forum gənclərin gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə və seçdikləri sahənin üstünlükləri və çağırışları haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaradıb. İştirakçılar spikerlərlə canlı ünsiyyət quraraq öz suallarını veriblər və ətraflı cavablar alıblar.

Tədbirə yüzdən çox tələbə qatılıb. Forumun sonunda iştirakçılar öz fikirlərini bölüşərək tədbirin onlar üçün çox faydalı olduğunu vurğulayıblar. Təşkilatçılar belə layihələrin davamlı olacağını və gənclərin inkişafına dəstək göstərmək üçün daha çox imkanlar yaradacaqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri