Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

“Kaş ki, atam bugünkü oyunu görərdi” Vaqif Cavadov

“Kaş ki, atam bugünkü oyunu görərdi” Vaqif Cavadov

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Bilirsiniz ki, komandanı yeni götürmüşəm, amma "Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Həm oyunçunun qiyməti, həm də karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində komandamız sübut etdi ki, rəqibdən zəif deyilik. Futbolçularım üçün bu qalibiyyət irəliyə doğru addım olacaq. Deməli,  komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. İnşallah, bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq ki, "Sumqayıt" üçün yaxşı nəticə ilə sonlansın".

Mütəxəssis "Samir Abasov bildirdi ki, “Sumqayıt”ı tərk etdikdən sonra ciddi dəyişikliklər baş verməyib. Bu haqda nə düşünürsünüz?" sualına belə cavab verib: "Samir müəllimin dediyinə özünüz cavab versəniz, daha yaxşı olar. Mənim bu haqda danışmağım doğru olmaz".

V.Cavadov qələbəni mərhum atası Füzuli Cavadova həsr etdiyini bildirib: "Ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. İnanıram ki, karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, “Neftçi”li olub. Onun olmaması mənim üçün çətindir. Bugünkü “Neftçi” üzərində qələbəni də atama həsr edirəm. Çünki onun mənim üzərimdə əməyi çox böyük olub".

O, "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovun komandasına qarşı oynamaqlarının motivasiyaya təsir etmədiyini qeyd edib: "Bu gün hansısa simaya qarşı yox, "Neftçi"yə qarşı oynayırdıq. Yaxşı komandaya qarşı mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Nə mənim, nə oyunçularımın kimisə qarşı artıq motivasiya ilə oynamaqda rolu olmayıb. Sadəcə bilirdik ki, yaxşı rəqibə qarşı oynayırıq. Hər bir futbolçu sübut etdi ki, heç kimdən zəif deyilik və bu heyətlə də futbol oynamaq olar. Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə “Neftçi” həmişə “Neftçi”dir. Fərqi yoxdur hansı pillədədir. Onun adı hər zaman üstündədir. Ona görə onlara uğurlar arzulayıram. Bu klubu tez bir zamanda yuxarı pillələrdə görmək istəyərdim".

Mütəxəssis "Neftçi"yə qarşı oyuna xüsusi bir taktika ilə çıxmadıqlarını deyib: “Zirə”, “Şamaxı” və “Neftçi”yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə də Allah bizə qələbəni bəxş etdi".

V. Cavadov qış transfer pəncərəsi haqda danışıb: "Bu barədə düşünmürük. Əlbəttə ki, köməkçilərim bu haqda məlunat toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda fasilə olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız yaranacaq. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacağam ki, işimi onlarla davam etdirim".

O, klub prezidenti olsaydınız, 8 oyundan 5 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardınız?" sualına cavabında deyib: "Bu mənə aid olan sual deyil. Məşqçi olaraq “Sumqayıt”ın yetirməsiyəm. Akademiyadan A komandasına qədər yüksəlmişəm. Çox sağ olsun rəhbərlik, mənə inanıb baş məşqçi vəzifəsini etibar etdi. Sabah desələr ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik, bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəyəm, ya da baş məşqçi kimi işimə davam edəcəyəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri