Kasparov haqqında məhkəmə qərarı Şahmatçı terrorizmi təbliğ etməkdə ittiham olunur
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Moskva şəhəri məhkəməsi şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov haqqında həbs qərarı çıxarıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, onun barəsində terrorizmin ictimai şəkildə təbliği və ya əsaslandırılması ittihamı irəli sürülüb. Maddə üzrə 7 ilədək həbs cəzası mümkündür.
Kasparov hazırda xaricdə yaşayır və uzun müddətdir Rusiyanı tənqid edən fəal kimi çıxış edir. O, daha əvvəl “xarici agent” statusu ilə ekstremistlər siyahısına daxil edilib.
İttihamın dəqiq səbəbləri və sübutları hələ açıqlanmayıb. Hazırda məhkəmə prosesi davam edir və qərarın qüvvəyə minməsi şahmatçının Rusiyaya gətirilməsindən sonra mümkün olacaq.
Kasparovun tərəfdarları ittihamları siyasi motivli addım kimi qiymətləndirir. Beynəlxalq insan haqları təşkilatları məsələni diqqətlə izləyir.
Xatırladaq ki, Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub. Atası yəhudi, anası isə erməni əsillidir. Kasparov 1985-ci ildə dünya şahmat çempionu olub. O, 22 yaşında bu titulu qazanaraq ən gənc dünya çempionlarından biri kimi tarixə düşüb. O, təkcə idmançı deyil, həm də siyasi fəal kimi tanınır, xüsusilə Rusiya hakimiyyətinə tənqidi mövqeyi ilə seçilir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Kasparov bu ölkədə dövlət çevrilişinə cəhddə ittiham olunur
26 İyun 2025 10:45
Qarri Kasparov barəsində qiyabi həbs qərarı verilib
23 Dekabr 2025 12:37
Məşhur aktrisa terrorizmi təbliğ etməkdə günahlandırıldı
04 Fevral 2025 14:16
Harri Kasparov həbs olundu
23 Dekabr 2025 14:12
Cənab Kasparov, gedin, şahmatınızı oynayın!
23 Sentyabr 2025 09:47
Baxış sayı:101
Bu xəbər 23 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















