Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Kaspersky ICS CERT mütəxəssisləri “Unisoc” çiplərində kritik boşluqlar aşkar edib

Kaspersky ICS CERT mütəxəssisləri “Unisoc” çiplərində kritik boşluqlar aşkar edib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda onları aradan qaldırmaq üçün yeniləmələr buraxılıb.

“CVE-2024-39432” və “CVE-2024-39431” identifikatorları təyin edilmiş boşluqlar “Unisoc” çiplərində aşkar edilib. Bu çiplər Rusiya, Asiya, Afrika və Latın Amerikasında geniş istifadə olunur və smartfonlar, planşetlər, avtomobillər və telekommunikasiya avadanlıqlarında tətbiq edilir. SİA xəbər verir ki, aşkar edilən boşluqlar təhlükəsizlik tədbirlərindən keçməyə və SoC (System on Chip) daxilindəki modem vasitəsilə tətbiq prosessoruna (Application Processor) icazəsiz uzaqdan giriş əldə etməyə imkan yaradır. Detallar Balidə keçirilmiş beynəlxalq “Security Analyst Summit” konfransında təqdim edilib. Kaspersky ICS CERT mütəxəssisləri konfransda təcavüzkarların tətbiq prosessorunda işləyən əməliyyat sisteminin müdafiə mexanizmlərindən yan keçə, onun nüvəsinə uzaqdan daxil ola, əməliyyat sisteminin nüvə səviyyəsində icazəsiz kod işlədə və istənilən sistem fayllarını modifikasiya edə bildiklərini nümayiş etdiriblər. Mütəxəssislər bir neçə hücum vektorunu, o cümlədən, yaddaşa birbaşa giriş (DMA) kontrolleri ilə manipulyasiya texnikalarını araşdırıblar. Bu texnikalar yaddaş müdafiə modulu (MPU) kimi mövcud müdafiə tədbirlərindən yan keçməyə imkan verir. Bu metod Kaspersky mütəxəssislərinin 2023-cü ildə aşkar etdiyi "Triangulation" əməliyyatı zamanı tətbiq edilmiş taktikaya bənzəyir. Belə yüksək mürəkkəblik və peşəkarlıq tələb edən metodlardan yalnız ciddi texniki bacarıqlara və resurslara malik olan kibercinayətkarlar istifadə edə bilərlər. “Unisoc” çipləri geniş yayılıb və aşkar edilmiş boşluqlardan həm fərdi istifadəçilər, həm də həssas cihazlara malik təşkilatlar zərər görə bilər. Kritik sahələrdə, məsələn, nəqliyyat və telekommunikasiya sektorlarında istifadə olunan həssas cihazlara hücumlar yalnız hücuma məruz qalan müəssisələrə böyük ziyan vurmaqla qalmır, həm də iqtisadiyyatın bir çox digər sektorları üçün infrastruktura təsir edən ciddi nəticələrə səbəb ola bilər. "Çiplərin təhlükəsizliyi mürəkkəb mövzudur və mikrosxemlərin layihələndirilməsində, eyni zamanda çipi istifadə edən son məhsulun arxitekturasında kiberrisklər nəzərə alınmalıdır. Bir çox çip istehsalçıları intellektual mülkiyyətlərini qorumaq üçün prosessorlarının daxili quruluşu və iş prinsipi barədə məlumatların məxfiliyini ön planda tutur. Bu başa düşüləndir, lakin qapalı arxitektura və sənədləşdirilməmiş funksionallıq çox vaxt tətbiqdəki səhvlərə və bazara çıxarıldıqdan sonra aradan qaldırılması çətin olan təhlükəsizlik problemlərinə səbəb olur. Araşdırmamız göstərir ki, çip istehsalçıları ilə son məhsul istehsalçıları və kibertəhlükəsizlik mütəxəssislərinin birgə əməkdaşlığı vacibdir. Bu, potensial boşluqları erkən mərhələlərdə aşkar etməyə və onların gec aşkar olunaraq kibercinayətkarlar tərəfindən istismar edilmə riskini azaltmağa kömək edəcək," - deyə Kaspersky ICS CERT-in rəhbəri Yevgeni Qonçarov bildirib. Kaspersky “Unisoc”a təhlükəsizliyə proaktiv yanaşması və istifadəçilərini qorumaq əzminə görə təşəkkür edir. Boşluqlar barədə bildiriş aldıqdan sonra “Unisoc” şirkəti yüksək operativlik nümayiş etdirərək aşkar edilmiş problemlərin aradan qaldırılması üçün qısa müddət ərzində təhlükəsizlik düzəlişləri hazırlayıb və yayımlayıb. Kaspersky ICS CERT komandası cihaz istehsalçılarına və istifadəçilərinə aşkar edilmiş boşluqlardan istifadə edilən hücumların riskini azaltmaq üçün bu yeniləmələri dərhal quraşdırmağı tövsiyə edir. Lakin SoC aparat arxitekturasının xüsusiyyətləri modemdə bu növdən olan yeni zəifliklərin aşkar edilməsi halında bu tip hücumların qarşısını birdəfəlik almağa imkan vermir. Mütəxəssislər proqram təminatında edilən düzəlişlərlə yanaşı əlavə müdafiə tədbirlərini də əhatə edən çoxsəviyyəli təhlükəsizlik yanaşmasından istifadə etməyi tövsiyə edirlər. Kibertəhlükələrdən, boşluqlardan istifadə edilən hücumlardan qorunmaq üçün Kaspersky şirkətlərə tövsiyə edirlər: OT infrastrukturunun tərkibinə daxil olan əməliyyat sistemlərini, tətbiqləri və cihazların proqram təminatını müntəzəm olaraq yeniləyin və boşluqlar haqqında məlumat əldə edildikdən sonra dərhal yamaqları quraşdırın və ya kompensasiyaedici tədbirlər görün; OT sistemlərinin təhlükəsizlik auditini həyata keçirin, təhlükəsizlik problemlərini vaxtında aşkar edin və aradan qaldırın; kibertəhdidlərin analizi üçün müasir vasitələrdən istifadə edin, təşkilatın təhlükəsizliyini mövcud çağırışlara uyğun şəkildə təkmilləşdirmək üçün vaxtında tədbirlər görün. “ICS Threat Intelligence Reporting” xidməti mövcud kibertəhdidlər, hücum vektorları, təşkilatların kibercinayətkarlar tərəfindən istifadə edilən təhlükəsizlik problemləri, OT zəiflikləri və onların hücumlara qarşı möhkəmliyini artırmağın yolları haqqında məlumatları toplayır; bütün kritik sənaye sistemlərinin təhlükəsizliyini təmin etmək üçün “Kaspersky Industrial CyberSecurity” kimi OT son cihazları və texnoloji informasiya şəbəkələri üçün müdafiə həllərindən istifadə edin. 2023-cü ildə Kaspersky həlləri müxtəlif parametrlər üzrə təhlükəsizlik texnologiyalarının iştirak etdiyi 100 müstəqil sınaqda iştirak edib, o cümlədən 93 dəfə birinci yeri tutub.

Kaspersky ICS CERT haqqında

“Kaspersky ICS CERT” Kaspersky tərəfindən yaradılmış sənaye sistemlərinin təhlükəsizliyinin araşdırılması və informasiya təhlükəsizliyi insidentlərinə cavab verilməsi mərkəzidir. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri