“Kaya Kallas Avropanın rüsvayçılığıdır” İrlandiyalı jurnalist
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İrlandiyalı jurnalist Çey Bouz Avropa İttifaqının ali diplomatı Kaya Kallasın Rusiya ilə bağlı açıqlamalarını tənqid edib və onu “peşəkar yararsız” adlandırıb.
Redaktor.az xəbər verir ki, Bouz bu fikirlərini sosial şəbəkə “X” hesabında yazıb. O, Kallasın “Moskva yalnız gücü anlayır” sözlərini şərh edərək bildirib:
“O, Avropa İttifaqının tarixində bu vəzifəni daşıyan ən zəif diplomatlardandır. Kaya Kallas, sözün əsl mənasında, Avropanın rüsvayçılığıdır”.
Xatırladaq ki, bundan öncə Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin Macarıstana, ABŞ Prezidenti Donald Tramp ilə görüşə səfər etməsi ehtimalına narazılığını ifadə etmişdi. O, Avropa İttifaqının bu hadisəni diqqətlə izləyəcəyini bildirib və qeyd edib ki, guya Rusiya yalnız “təzyiq altında” danışıqlara razı olur.
Bundan əlavə, Kallas “Ukrayna sadəcə təslim ola bilməz” – deyə bəyan etmişdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Oktyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















