Kaya Kallas: Brüssel Suriyanın yeni hakimiyyəti ilə təmaslara başlayıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik təmaslara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
“Mən Aİ səfirlərinə Dəməşqə getməyi və Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə qurmağı tapşırdım”, - Kaya Kallas belə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsselin Suriya ilə “necə və hansı səviyyədə” əlaqə quracağını və “düzgün istiqamətdə hərəkət edəcəyi” təqdirdə Dəməşqə nə təklif olunacağını müzakirə edəcəklər.
Xatırladaq ki, Suriyanın xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da 2025-ci il martın 1-dək davam edəcək keçid kabinetinin rəhbəri təyin olunub.
Baxış sayı:151
Bu xəbər 16 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















