Icma.az
close
up
RU
Kaya Kallas: Rusiyanı təcrid etmək və enerji sanksiyaları ilə müharibə imkanlarından məhrum etmək əsas hədəfimizdir

Kaya Kallas: Rusiyanı təcrid etmək və enerji sanksiyaları ilə müharibə imkanlarından məhrum etmək əsas hədəfimizdir

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı sanksiyalardan əlavə Rusiyaya təzyiqi necə artıra bilər? Artıq sanksiyalar var – bu, əsas alətimizdir. 70-ci paket hazırdır və növbəti sanksiya paketi üzərində işləyirik.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

“Ən ciddi təsiri isə enerji sahəsinə tətbiq olunan sanksiyalar göstərəcək. Məhz buna görə də ötən həftə təqdim etdiyimiz Rusiyanın enerji asılılığından qurtulmağa yönəlmiş yol xəritəsi üzərində işləyirik. Paralel olaraq bu məqsədə çatmaq üçün müvafiq qanunvericilik paketi də hazırlanır. Çünki Rusiyanı bu müharibəni maliyyələşdirmək imkanından məhrum etmək son dərəcə vacibdir,” deyə o əlavə edib.

Onun sözlərinə görə Rusiyanın siyasi təcridə məruz qalması da təzyiq baxımından əhəmiyyətlidir.” Burada bütün tərəflər birlikdə hərəkət etməlidir, çünki aydın görünür ki, sülh istəməyən yalnız Rusiyadır. ABŞ senatoru Qrahamın irəli sürdüyü təklif də çox yaxşıdır və göstərir ki, amerikalılar da bu müharibənin dayandırılması üçün təzyiqin məhz Rusiyaya yönəlməsinin vacibliyini anlayırlar. Biz də təbii ki, buna uyğun olaraq hansı addımlar ata biləcəyimizi nəzərdən keçiririk. Amerikalılarla apardığımız danışıqlarda da bu təklifin Senatdan keçmək şansının yüksək olduğu bildirilir. Onların öz prosedur qaydaları olsa da, bu təşəbbüsün özü mühüm mesaj verir: həm Avropa İttifaqı, həm də ABŞ Rusiyaya qarşı təzyiq göstərməyin vacib olduğunu anlayır və bu istiqamətdə lazımi alətlərə malikdirlər. Danışıqlara gəldikdə isə, mən və Baş nazir yaxın zamanda Ermənistana səfər edəcəyik. Regionda gərginliyin azaldılması vacibdir və bu çətin və mürəkkəb prosesdə daha nələr edə biləcəyimizi dəyərləndirməliyik.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri