Icma.az
close
up
RU
“Kayrat” darmadağın oldu, “Qalatasaray” “Liverpul”u əzdi

“Kayrat” darmadağın oldu, “Qalatasaray” “Liverpul”u əzdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 30-u və oktyabrın 1-də Çempionlar Liqasında liqa mərhələsinin 2-ci turunun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, yüksək məhsuldarlıqla müşayiət olunan oyunlarda yetərincə maraqlı nəticələr də qeydə alındı. Təbii ki, ilk növbədə “Qarabağ”ın qəhrəmanlığını vurğulamalıyıq. İlk iki turdan sonra yalnız 6 komanda xal itirməyib. Bunlar “Bavariya”, “Real”, PSJ, “İnter”, “Arsenal” və ...“Qarabağ”dı!
“Kayrat”ın ÇL-dəki ilk ev oyunu uğursuz oldu. Hərçənd “Real”ın Almatıya gəlişi də bayram idi. Rafael Urazbaxtinin komandasını dünya nəhəngi ilə cəsarətli oynadı, 2-ci hissənin əvvəlində oyunun axarını dəyişə də bilərdi. Yeri gəlmişkən, ilk yarı da belə darmadağından xəbər vermirdi. “Kayrat” ilk yarıda yalnız bir qol buraxdı, onu da penaltidən. Meydan sahiblərinin 18 yaşlı qapıçısı Kalmırza cərimə meydançasında Mastantuononu yıxdı, penaltini Mbappe dəqiq yerinə yetirdi. Qazaxlar 2-ci hissənin əvvəlində irəli atıldılar və tezliklə buna görə cəzalandılar – Kurtuanın ötürməsindən sonra Mbappe 2-ci qolu vurdu. Meydan sahibləri 0:2-dən sonra də əlini yanına salmadı. Satpayevin cərimə zərbəsi qapıdan azca aralı keçdi, Arad “çərçivə”yə düşməyə yaxın oldu, ardından Qromıko penalti qazandı – Sebalyos ona qarşı kobudluq etdi. Referi Quida əvvəlcə “nöqtə”ni göstərsə də, VAR monitoruna baxandan sonra qərarını dəyişdi. Bundan sonra “Real” yalnız fərqi artırmaqla məşğul oldu. Əvvəlcə Mbappe het-triki rəsmiləşdirdi, sonda isə Kamavinqa ilə Dias fərqləndi.
Günün ilk oyununda Berqamoda köhnə tanışlar qarşılaşdı. Bu komandalar fevralda pley-offda qarşılaşmış, “Atalanta” məğlubiyyətlə (1:2, 1:3) barışmışdı. Bu dəfə də berqamoluların işi çətin oldu. Hesabı “Brügge”, daha doğrusu, uzaqdan zərbə ilə Solis açdı. Ancaq İvan Yuriç sonda müəllimi Can Pyero Qasperininin qisasını ala bildi. Həlledici rolu cokerlər oynadı – penaltini dəqiq yerinə yetirən Samarciç və yaxınlarda “Milan”dan “Atalanta”ya keçən Musa.
Son vaxtlar “Liverpul”un bəxti gətirmir. Mersisaydlıların son dəqiqələrdə xilas olmaqla bağlı sehri qüvvədən düşüb. Slotun komandası premyer-liqanın ardından ÇL-də də uduzdu. Yeganə qolu 16-cı dəqiqədə penaltidən Osimhen vurdu. Referi Türpen sonda “Qalatasaray”ın da qapısına penalti təyin etdi. Ancaq VAR monitoruna baxandan sonra türk qardaşlarımızı bağışladı. “Cim-Bom” azarkeşlərinin sevinməyə haqqı var. “Ayntraxt” önündəki acınacaqlı 1:5-dən sonra ruh düşkünlüyü yaşayan fanatlar bir qədər rahat nəfəs ala bilər.
Mourinyonun “Stemford Bric”ə dönüşü yetərinə gərgin alındı. O, “Benfika”nın “sükanı arxasında” “Çelsi”yə minimal hesabla uduzdu. Oyunun taleyini ilk yarıda vurulan yeganə qol həll etdi. Qarnaçonun asmasından sonra Rios “qapıların yerini səhv saldı”. “Benfika” bərabər mübarizə şəraitində keçən oyunda bu qolun əvəzini çıxa bilmədi. Hər iki qapı önündə müntəzəm təhlükəli vəziyyətlər yaranırdı. “Qarabağ”ın ardından “Çelsi”yə də uduzan “Benfika” turnir perspektivinə kölgə saldı.
İlk turda uduzan “Atletiko” “Ayntraxt”ı qəbul etdi. Madridlilər erkən qol vurmağı bacardı – Simeonenin qapı önünə ötürməsini Raspadori qolla tamamladı. “Hindular” 2-ci qolu künc zərbəsindən sonra vurdu. Alvares yaxın dirək önünə ötürmə verdi, Qrizmann dabanı ilə topu elə saxladı ki, Le Normana yalnız boş qapıya düşmək qaldı. İlk yarının sonunda isə Qrizmann fərqi darmadağın həddinə çatdırdı. Qonaqlar 57-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. Ancaq heç bir intriqadan söhbət gedə bilməzdi. Qrizmannın daha bir qolu əllə oyuna görə sayılmadı. Əvəzində Simeone və penaltini Panenka üslubunda yerinə yetirən Alvares hesabı 5:1 etdi. “Ayntraxt” startda “Qalatasaray”a yaşatdığı acını indi özü yaşadı.
Avropa Liqasının pley-offundan fərqli “Bude/Qlimt” bu dəfə “Tottenhem”lə duelə hazır idi. Norveçlilər ilk yarıda daha cəsarətli və fəal oynadılar, hissənin sonuna 10 dəqiqə qalmış penalti də qazandılar. Amma Hög topu qapının üstündən vurdu. Bu uğursuzluğa rəğmən, hücumları davam etdirən “Bude/Qlimt” 2-ci hissədə hədəfinə çatdı. Evyendən ötürmə alan Heuqe hesabı açdı. Hissənin ortalarında Evyen – Heuqe tandemi növbəti dəfə işə düşdü. Amma “mahmızlar” cəmi iki dəqiqə sonra qollardan birinin əvəzini çıxdı. Fərq azalandan sonra “Tottenhem” bir qədər də fəallaşdı. Amma ədalət naminə deyək ki, bəxt də qonaqların üzünə güldü. Qreyin zərbəsindən sonra Haykinin qaytardığı top Qunnersenə dəyərək tora düşdü. Norveçlilər ardıcıl ikinci oyunda 2:2 ilə kifayətləndi, ancaq bu dəfə onlar özləri qələbəni əldən verdi.
“Marsel” – “Ayaks” oyunu qonaqlar üçün faciəvi başladı. Artıq 26-cı dəqiqədə hesab 3:0 idi. Payşao dubl etsə də, bu oyunun əsas qəhrəmanı Obameyanqdı. Qabonlu veteran iki məhsuldar ötürmənin üzərinə sonda qol da əlavə etdi.
“Pafos” ÇL-in əsas mərhələsindəki ilk ev oyununda “Bavariya” ilə qarşılaşdı. Gözlənildiyi kimi, Kipr yunanları darmadağın oldu. 34-cü dəqiqədə hesab 0:4 idi. Orşiç hissənin sonunda az qala yuxulayan Noyeri məyus etsə də, 2-ci hissədə Olise yenidən 4 top fərqini bərpa etdi.
ÇL-in son finalçısı “İnter” düz yarım saat “Slaviya”nın müdafiə xəttində boşluq axtardı və nəhayət, qolkiperin səhvi sayəsində tapdı. Lautaro Martinesin təzyiqi ilə üzləşən qapıçı Stanek oyundaşına elə uğursuz ötürmə verdi ki, topu ələ keçirən argentinalı dərhal hesabı açdı. “İnter”in kapitanı karyerasındakı ən asan qollardan birinin sayəsində klub tarixinə düşdü. İndiyə qədər “İnter”in heç bir oyunçusu Çempionlar Liqasının/Kubokunun 7 mövsümündə qol vurmamışdı. Martines daha bir dəfə Bastoninin ötürməsindən sonra fərqləndi. 65-ci dəqiqədə vurulan bu qolda iştirak edən Türam 34-cü dəqiqədə mərkəz hücumçusu mövqeyinə çıxan Dyumfrisə də məhsuldar ötürmə vermişdi. Kristian Kivu “İnter”in baş məşqçisi kimi çıxdığı ilk iki oyunda qələbə qazanıb. Əvvəllər bunu yalnız Roberto Mançini, Klaudio Ranyeri və Luçano Spalletti bacarmışdı.
Kayrat – Real 0:5 (0:1)
Kayrat (Almatı, Qazaxıstan): Kalmırza, Tapalov (Stanoyev, 64), Martınoviç, Sorokin, Mata, Mrınski, Arad (Baybek, 64), Kasabulat, Qromıko (Zariya, 80), Jorjinyo (Edmilson, 64), Satpayev (Rikardinyo, 80).
Real (Madrid, İspaniya): Kurtua, Asensio, Höysen, Alaba, F.Qarsiya, Çuameni (Kamavinqa, 81), Sebalyos, Mastantuono (Rodriqo, 70), Gülər (C.Bellingem, 80), Vinisiua (Dias, 70), Mbappe (Q.Qarsiya, 81).
Qollar: Mbappe, 25-p. (0:1). Mbappe, 52 (0:2). Mbappe, 74 (0:3). Kamavinqa, 83 (0:4). Dias, 90+3 (0:5).
Vərəqələr: Qromıko, 48. Arad, 55 – sarı.
Hakim: Marko Quida (İtaliya).
30 sentyabr. Almatı. 22788 tamaşaçı.
Atalanta – Brügge 2:1 (0:1)
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova (Zappakosta, 46), Kossunu (Musa, 53), Cimşiti, Ahanor, Bernaskoni, Ederson (Samarciç, 61), De Roon, Paşaliç, Krstoviç (Breşianini, 88), Lukman (Sulemana, 61).
Brügge (Belçika): Yakers, Sabbe (Mayer, 89), Ordonyes (Romero, 89), Mexele, Seys, Sandra (Kempbell, 89), Stankoviç, Forbs (Vetlesen, 75), Vanaken, Solis, Trezoldi (Verman, 63).
Qollar: Solis, 38 (0:1). Samarciç, 74-p. (1:1). Paşaliç, 87 (2:1).
Vərəqələr: Musa, 58. De Roon, 81 – sarı.
Hakim: Espen Eskos (Norveç).
30 sentyabr. Berqamo. 21950 tamaşaçı.
Qalatasaray – Liverpul 1:0 (1:0)
Qalatasaray (İstanbul, Türkiyə): Çakır, Sinqo, Sançes, Bardakcı, Yakobs, Lemina, Torreyra, Gündoğan (Sara, 75), Akgün (Şallai, 71), Osimhen (İkardi, 71), Yılmaz (Elmalı, 85).
Liverpul (İngiltərə): Alisson (Mamardaşvili, 56), Frimponq (Bredli, 62), Konate, Van Diyk, Kerkez, Soboslai, Qravenberx (İsak, 62), Cons, Virts, Ekitike (Makallister, 68), Qakpo (Salah, 62).
Qol: Osimhen, 16-p.
Vərəqələr: Lemina, 36. Qravenberx, 45+3. Bardakcı, 61. Bredli, 73. Yakobs, 76. İkardi, 76. Çakır, 88. Virts, 90+1 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
30 sentyabr. İstanbul. 50651 tamaşaçı.
Çelsi – Benfika 1:0 (1:0)
Çelsi (London, İngiltərə): Sançes, Hüsto (Ceyms, 80), Çaloba, Badyaşil (Açimponq, 80), Kukurelya, Kaysedo, Fernandes, Neto, Buonanotte (Estevao, 54), Qarnaço (Gittens, 61), Corc (Pedro, 61).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dediç, A.Silva (T.Araujo, 73), Otamendi, Dal, Rios (Barreyro, 77), Barreneçea, Lukebakio (Şelderup, 77), Eursnes (E.Araujo, 89), Sudakov (İvanoviç, 77), Pavlidis.
Qol: Rios, 18-öz qapısına.
Vərəqələr: Barreneçea, 34. Fernandes, 45+1. Buonanotte, 46. Rios, 49. Pedro, 62. Eursnes, 64. Otamendi, 83. T.Araujo, 88 – sarı. Pedro, 90+6 – qırmızı (ikinci sarı).
Hakim: Daniel Zibert (Almaniya).
30 sentyabr. London. 38636 tamaşaçı.
Atletiko – Ayntraxt F 5:1 (3:0)
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Le Norman, Lanqle, Ruceri, Simeone (Molina, 75), Qallaher, Barrios (Qonsales, 75), Qrizmann (Martin, 90), Raspadori (Koke, 55), Alvares (Baena, 90).
Ayntraxt (Frankfurt, Almaniya): Santos, Kollinz (Amenda, 58), Kox, Teate, Braun (Baoyya, 71), Şaibi, Sxiri (Höylunn, 58), Doan (Götse, 74), Uzun (Larsson, 58), Knauff, Burkardt.
Qollar: Raspadori, 4 (1:0). Le Norman, 33 (2:0). Qrizmann, 45+1 (3:0). Burkardt, 57 (3:1). Simeone, 70 (4:1). Alvares, 82-p. (5:1).
Vərəqələr: Lanqle, 13. Braun, 41 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
30 sentyabr. Madrid. 59401 tamaşaçı.
Bude/Qlimt – Tottenhem 2:2 (0:0)
Bude/Qlimt (Bude, Norveç): Haykin, Şevold, Byortuft, Alisami (Klyunge, 90+7), Byorkan, Evyen (Qunnersen, 87), Berq, Brustad-Fet, Euklenn (Blomberq, 80), Hög (Helmersen, 80), Heuqe.
Tottenhem (London, İngiltərə): Vikario, Porro, Danso, Van de Ven, Spens (Udoci, 82), Berqvall (Simons, 60), Bentankur (Qrey, 82), Sarr (Palyinya, 69), Conson (Kudus, 60), Rişarlison, Odober.
Qollar: Heuqe, 53 (1:0). Heuqe, 66 (2:0). Van de Ven, 68 (2:1). Qunnersen, 89-öz qapısına (2:2).
Hög 35-ci dəqiqədə penaltidən yararlana bilməyib (üst).
Vərəqələr: Van de Ven, 58. Berq, 68. Euklenn, 72. Porro, 90+7 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
30 sentyabr. Bude. 7988 tamaşaçı.
Marsel – Ayaks 4:0 (3:0)
Marsel (Fransa): Rulyi, Medina (İqan-Rayli, 36), Pavar, Agerd, Emerson, Nadir (Vea, 46), O’Rayli (Höybyerq, 62), Vermeren (Murilyo, 82), Qrinvud, Obameyanq, Payşao (Qomes, 62).
Ayaks (Amsterdam, Niderland): Yaroş, Roza, İtakura, Baas (Şutalo, 55), Veyndal (Qoey, 55), Reqeer (Mokyo, 23), Klassen, Qlux, Teylor, Berqheys (Valaker Edvardsen, 46), Qodts (Moro, 84).
Qollar: Payşao, 6 (1:0). Payşao, 12 (2:0). Qrinvud, 26 (3:0). Obameyanq, 52 (4:0).
Vərəqələr: Roza, 34. İtakura, 66. Qoey, 76. Höybyerq, 79. Agerd, 85 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
30 sentyabr. Marsel. 65771 tamaşaçı.
Pafos – Bavariya 1:5 (1:4)
Pafos (Cənubi Kipr): Neofitos, Jaja (Dimata, 59), Lukassen, Qoldar, Luis (Lanqa, 59), Pileas (Sema, 79), Pepe, Şunyiç, Orşiç, Anderson (Bassuamina, 59), Draqomir (Kina, 66).
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer (Bişof, 83), Upamekanko (Ta, 72), Kim Min Ce, Gerreyro, Kimmix, Pavloviç, Olise (Karl, 72), Keyn (Boe, 64), Dias (Qnabri, 46), Cekson.
Qollar: Keyn, 15 (0:1). Gerreyro, 20 (0:2). Cekson, 31 (0:3). Keyn, 34 (0:4). Orşiç, 45 (1:4). Olise, 68 (1:5).
Vərəqə: Orşiç, 46 – sarı.
Hakim: Manfredas Lukyançukas (Litva).
30 sentyabr. Limassol. 9187 tamaşaçı.
İnter – Slaviya 3:0 (2:0)
İnter (Milan, İtaliya): Zommer, Dyumfris (Darmian, 76), Bissek (Akanci, 66), Açerbi, Bastoni, Dimarko, Çalhanoğlu, Zyelinski (Barella, 66), Suçiç, M.Türam (Bonni, 66), L.Martines (Espozito, 66).
Slaviya (Praqa, Çexiya): Stanek, Vlçek, Xaloupek, Zima, Haşioka (Xitil, 83), Doudera (Mboci, 49), Dorli, Zafeyris, Sadilek (Şrants, 46), Provod (Saraçeviç, 70), Kuşey (Xorı, 46).
Qollar: L.Martines, 30 (1:0). Dyumfris, 34 (2:0). L.Martines, 65 (3:0).
Vərəqələr: Bissek, 48. Şrants, 56. L.Martines, 61 – sarı.
Hakim: Kris Kavana (İngiltərə).
30 sentyabr. Milan. 62317 tamaşaçı.
Faktlar
* Honest Ahanor ÇL tarixinə 18 yaşını tamamlamadan (17 yaş 219 gün) İtaliya klubunun start heyətində görünün ilk futbolçu kimi düşdü.
* Osimhen üç fərqli klubun – “Lill”, “Napoli”, “Qalatasaray” – heyətində ÇL-də qol vuran ilk nigeriyalı futbolçudu.
* Roberto De Zerbi “Marsel”i meydana çıxardığı oyunların 59 faizində qələbə qazanıb. Bu, komandaya 1993-cü ildə ÇL-i qazandıran əfsanəvi Raymon Qutalsın (62) dönəmindən bəri “Marsel”in məşqçiləri arasında ən yaxşı göstəricidi.
* ÇL-də 152-ci oyuna çıxan Noyer bu göstəricidə Benzema ilə 5-ci yeri bölüşür. ÇL-də ondan çox qələbə qazanan qapıçı yoxdu. 39 yaşlı almaniyalı 101-ci dəfə qələbə qazanmaqla bu göstəricidə Kasilyasın rekordunu təkrarladı. Noyer mövqeni nəzərə almasaq, qələbə sayında 3-cü yerdədi. Yalnız Kriştiano Ronaldo (115) və Tomas Müller (110) ondan daha çox qələbə qazanıb.
* ÇL-də qol sayını 60-da çatdıran Mbappe bu göstəricidə artıq 6-cı yerdədi. Onu Raul (71), Benzema (90), Levandovski (105), Messi (129) və K.Ronaldo (140) qabaqlayır. ÇL-də 4-cü dəfə het-trik edən Mbappe bu göstəricidə Benzemaya çatdı. Fransalı ulduz bu göstəricidə yalnız Levandovskidən (6) və K.Ronaldo ilə Messidən (hərəyə 8) geri qalır. Bundan başqa, Mbappe səfərdə 3-cü dəfə het-trik etməklə Filippo İnzaqinin rekordunu təkrarladı. ÇL-də səfərdə 3-dən artıq het-trik edən futbolçu yoxdu.
* “Atletiko”nun heyətində 454-cü oyuna çıxan Qrizmann qol sayını 200-ə çatdırdı.
* Obameyanq ÇL tarixinə bir oyunda 3 məhsuldar hərəkət edən ən yaşlı oyunçu kimi düşdü. “Ayaks”la oyunda qol vuran və iki məhsuldar ötürmə verən qabonlu 36 yaş 104 günlük idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see262

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see201

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see152

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see144

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see133

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see133

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see133

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see132

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see129

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see126

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see126

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see125

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see123

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see121

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see121

“Sabah”ın oyunçusunun matçda bel sümüyü sındı

05 Oktyabr 2025 20:49see120

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see119

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see119

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri