Kazanda sahibkarın arvadına sui qəsddə şübhəli şəxs Rusiyaya ekstradisiya edilib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiyalı iş adamı İvan Şevırevin həyat yoldaşına sui-qəsd cəhdində şübhəli bilinən Rifat Sultanov ekstradisiya edilib və Kazandakı istintaq təcridxanasına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən TASS-a məlumat verilib.
"O, saxlanılıb, artıq təcridxanadadır", - deyə agentliyin mənbəsi bildirib.
Məlumata görə, Sultanov hadisə ilə bağlı özünü təqsirli bilib. İş üzrə digər iki təqsirləndirilən şəxs - Burixon Xamidov və Bulat Qalyamov da təqsirli olduqlarını etiraf ediblər.
Yada salaq ki, oktyabrın 14-də Kazanda motosiklet sürən şəxs 34 yaşlı qadının boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















