Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Kazino layihəsi haqda bir neçə kəlmə...

Kazino layihəsi haqda bir neçə kəlmə...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən qaraguruhun, “söyüş müxalifəti”nin “stajlı” üzvlərindən biri (adını çəkib reklam etmək istəmirəm) Milli Məclisin plenar iclasında müzakirə olunan qanun layihəsi haqda söylədiklərimə istinad edərək və öz yöndəmsiz video-rolikinin üzərinə yekə şəklimi də pərçimləyərək belə başlıq çıxarmışdı: “Deputat kazinoları müdafiə edir”.

Təbii, bənzər reaksiyalar, ələlxüsus provokasiyalar, eyni zamanda mövzunu kontekstdən çıxarma cəhdləri hər zaman olub, bundan sonra da olacaq. Bizim missiyamız isə - həm hüquqşünas, həm siyasətçi kimi - məhz belə durumlarda doğru - düzgünləri cəmiyyətin diqqətinə çatdırmaq və insanları real mənzərə ilə tanış etməkdir.

Bu səbəbdən bəzi məqamları xatırlatmağı məqsədəuyğun bilirəm.

Əvvəla, sözügedən layihə illərdir müzakirə predmetidir və uzun məsləhətləşmələrdən sonra hazırki mərhələyə qədəm qoyub.

İkincisi... kazinoların fəaliyyətinə bütün ölkə ərazisində deyil, sadəcə süni yaradılmış adalarda icazə veriləcək və bu da o anlama gəlir ki, 90-larda imzalanmış fərmanın şərt(lər)ində xüsusi dəyişiklik yoxdur.

Üçüncüsü... Layihə əsasında və qanunvericilik qaydasında kazino fəaliyyəti ilə məşğul olacaq hüquqi şəxslərin vəzifə və öhdəlikləri dəqiqləşir, onlardan lisenziya (xüsusi icazə) tələb edilir və məlum sferada hüquqpozmalara görə ciddi məsuliyyət müəyyən olunur. Səbəb? Hədəf? Ki, saxta işbazlar, dələduzlar bu prosesdən faydalana bilməsin, insanlar aldanmasın və hər şey şəffaf, dürüst, qanuni məcarada dövr etsin.

Dördüncüsü... Dünyanın 156 ölkəsində leqal kazinolar var və həmin ölkələrin mütləq əksəriyyəti ya inkişaf etmiş, ya da inkişaf etməkdə olan ölkələrdir. Yəni, Azərbaycan bu əsnada istisna deyil və əgər biz dünyəvi dövlətiksə, dünyəvi prinsiplərə köklənmişiksə, o zaman ölkəmiz üçün çox vacib olan turizm sektorunu da dünyəvi formata istiqamətləndirməli, dünyəvi hərəkətliliyə uyğunlaşdırmalıyıq.

Beşincisi... Azart oyunlara meyl edən, bu yöndə pul xərcləmək və ya qazanmaq istəyən varsa, onsuzda həmin arzunu bir şəkildə reallaşdıracaq. Ha burda, ha xaricdə - fərq eləmir. Üstəlik, nəzərə alsaq ki, internet əsrində yaşayırıq və məhz həmin internet üzərindən təklif olunan mərc, qumar, kazino oyunları da yetərincədir, o zaman mövzudan yayınmaq, ya da kimisə yayındırmaq həqiqətən mümkünsüzdür.

Altıncısı... Statistika göstərir ki, kazino istifadəçilərinin təxminən 95 faizi adətən qeyri-ölkə vətəndaşları olur və çox güman, sırf psixoloji səbəblərdən dolayı həmin insanlar məxfiliyə, məsafəyə daha çox önəm verirlər. Bu nüans isə...həm də digər-paralel perspektivin ön işarəti kimi çıxış edir: Azərbaycan kazinoları müştəri qismində əsasən xariciləri qəbul edəcək və orada öz vətəndaşlarımızı çox nadir hallarda görə biləcəyik.

Nəhayət, yeddincisi...

Bu dəfə rəqəmləri işə salım.

Qonşu Gürcüstanda kazino dövriyyəsi 28 milyard (!) dollardır.

Çində, xüsusi ərazidə - Makaoda fəaliyyətinə icazə verilmiş kazinolardan gələn gəlir şəhər büdcəsinin 80 faizini təşkil edir.

Son dövrlər Qazaxıstan və Özbəkistan kazino sahəsini prioritet istiqamətlərdən biri kimi inkişaf etdirir və artıq onların bu sahədən əldə etdikləri illik qazanc 5 -7 milyard dollara yaxınlaşıb.

Sinqapur, Monako, Amerika (əsasən Las-Veqas), Kamboca də həmin qəbildən.

Hətta Birləşmiş Ərəb Əmirliklərində belə tezliklə dünya masştablı kazinonun açılacağı gözlənilir.

Odur ki...biz hələ gecikmişik və lazım olandan çox-çox daha artıq gözləmişik.

***

Qayıdıram, yazımın əvvəlinə.

Yəqin, o qaraguruhçu düşünüb, mən növbəti yazımda və ya açıqlamamda izah verəcəm ki, “Yox e, o cür demək istəməmişəm, fikirlərim təhrif olunub”.... filan-feşməkan.

Xeyr! Qətiyyən belə bir şey yoxdur və ola da bilməz!

Nə demişəmsə, necə demişəmsə, sözümün üzərində dayanıram!

Mən kazino layihəsini də, kazinoların açılmasını da ciddi bir şəkildə təqdir edirəm!

Çünki bu məsələyə ilk öncə sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artımı rakursundan, yönündən baxıram!

Və mövzunu mübahisələndirmək arzusunda olan istənilən kəslə də debat aparmağa hazıram...

Elşən Musayev, Milli Məclisin deputatı, “Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin sədr müavini.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri