Icma.az
close
up
RU
Xarı bülbül lə bağlı bir neçə kəlmə

Xarı bülbül lə bağlı bir neçə kəlmə

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Adətən mənə təqdim edilən kitablarla tanışlığım həmin kitabı oxucuya təqdim edən nəşriyyatdan və yaxud kitaba ön söz yazan imza sahibindən başlayır. Bunlar artıq məndə bir vərdiş halını alıb. Səbəbi də çox asan bir məqamdır. Yəni mən həmin o tanışlıq məqamında bir növ kiminlə həmsöhbət olacağımı öyrənməyə çalışıram. İstəyirəm ki, kitaba ayıracağım zamanı boşuna xərcləməyim. Bax, elə indi barəsində yığcam fikirlərimi bilgisayara diktə etdiyim bu kitabla da tanışlığım dediyim məqamdan başladı. Sizə də bildirmək istəyirəm…

Kitab «Xarı bülbül» adlanır. Nəfis şəkildə çap olunub. Kitaba ön sözü də AYB və AJB-nin üzvü, şair-publisist Eldar Həsənli yazıb.  Kitabın müəllifi 30 ildən artıq qaçqınlıq həyatı yaşamış Şuşa rayonunun Şırlanlı kənd sakini Məhərrəm Şırlanlıdı. 

«Xarı bülbül» müəllifin oxucularla ilk görüşüdü və 195 səhifəlik bu kitabda şairin müxtəlif mövzularda şeirləri toplanıb. Öncədən vurğulamaq istəyirəm ki, Məhərrəm Şırlanlı daha çox təbiət, cəmiyyət və bir də insanın duyğuları barəsində fikirlərini şeirə çevirib. Onun şeirlərinin əsas ana xətti İNSANLIQDI – İnsan dəyərləridir! Bu mənada müəllif qələmə aldığı mövzuya daha çox öz həyat gerçəkliklərini, öz yaşam tərcümeyi-halını hopdurmağa çalışır və oxucunu da özü ilə birlikdə həmin mövzunun əhatə dairəsinə çəkib aparır. Şeirlərlə tanış olanda hiss edirsən ki, onun müəllifinin böyük ədəbiyyat adamı, söz adamı iddiası yoxdu. O, sadəcə olaraq özü-özü ilə etdiyi söhbətləri, müzakirələri, ona təsir edən hadisələri qələmə alır. Bu bir növü onun təsəllisidi və yaxud da hardasa xobbisidi. İstəyir ki, bu misraların, bu şeirlərin ətəyindən tutub bir az rahatlansın, bir az ağrının, acının içərisindən çıxa bilsin. Məsələn:

Yəhərlə köhləni, üz tut yollara,
Gül üzlü gözəli tapana kimi.
Keç dağdan, dərədən, uca zirvədən,
Dünya gözəlini tapana kimi.

Və yaxud bu duyğuların davamı kimi müəllifin yaşadığı, gördüyü, tanıyıb sevdiyi və həyatının müəyyən məqamlarını özündə ehtiva edən Qarabağın Cənnət guşələrindən biri olan Qırxqız yaylağına üz tutaraq yazdığı şeirə diqqət yetirək:

Meşələr dərindir, dərindən-dərin, 
Bulaqlar buz kimi, buzdan da sərin.
İndi bu gördüyün, gəzdiyin yerin,
Sanma ki, keçmişi başqa cür imiş.
Yayda tufan qopub, qar ələyərmiş,
Yox-yox, təbiətin öz qanunu var.

Bu bir həqiqətdir ki, söz oxucu qarşısına çıxarılanda elə bir biçimdə, elə bir özəl mahiyyətdə olmalıdır ki, oxucu onu maraqla, həvəslə, hətta bir az da sevgi ilə qarşılasın. Oxuduğu istənilən bədii nümunəni yeni söz kimi, maraqlı tapıntı kimi qarşılayıb həzm etməlidir, özününküləşdirməlidir. Bax, bu mənada ustadlarımızın da dediyi kimi, şair, yazıçı olan hər kəs təkcə düşüncəsinə, istedadına deyil, həm də məntiqə söykənib mükəmməl ədəbi nümunələr ortaya qoymalıdır. Doğrudur, bəzən elə qələm adamlarının yaradıcılıq nümunələri ilə qarşılaşırıq ki, onlara yeni «don» biçirlər, «yenilik» kimi təqdim edirlər. Amma mənə görə bu, yumşaq desək, sözü urvatdan salmaqdı, onun məna və məzmununa xələl gətirməkdi. İndiki halda mənə maraqlı görünən budur ki, Məhərrəm Şırlanlı bilavasitə öz sözünü, öz fikirlərini redaktəsiz, duyduğu, düşündüyü kimi və həm də iddiasız bir şəkildə bizə təqdim edir. Bunu onun «Neyləsin» şeirində də görmək mümkündür:

Soruşsalar yanar qəlbin haralı?
Söyləyərəm yanar qəlbim Şırlanlı.
Doğulduğum, böyüdüyüm torpağın,
Qəlbi yanar, indi məndən aralı.

Oxuduğunuz bu misralar müəllifin özünü təqdim etməsidi, tanıtmasıdı. Yəni o bizə haralı olduğunu deməklə yanaşı, həm də qəlbinin yaralı olduğunu, yurd nisgilini, qaçqın həyatını yaşadığı misraların işığında bizə çatdırır.

Azərbaycanda, eləcə də bizə doğma olan digər məmləkətlərdə 30 ildə nələr yaşadığımızı, nələr çəkdiyimizi, hansı sınaqlardan keçdiyimizi hər kəs bilir. Ən azından öz yurdunda, öz vətənində qaçqın həyatı yaşamağın nə demək olduğunu düşünənlər müəllifin ürəyinin nədən ağrılı, yaralı olduğuna təəccüb etməz. Əksinə, onun yaşadıqlarına qəlbən doğma, həmfikir, həmdərd bir Allah bəndəsi kimi münasibət ifadə edər. Necə ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Hətta 44 günlük Zəfər müharibəmizdə bizimlə birlikdə olan, işğal altındakı torpaqlarımızın geri qaytarılmasında mənən iştirak  edənlərin xidməti bir tarixi həqiqətdir. Elə Məhərrəm Şırlanlı da Qarabağla bağlı yazdığı çoxsaylı şeirlərindən birində vurğulayır ki:

Qarabağ gözüdür Azərbaycanın,
Namərddi, yolunda verməyən canın.
Şairlər Vətəni, gözəl Şuşanın,
Şöhrəti Qarabağ, şanı Qarabağ.

Zənnimcə, bu bənddəki gerçəklik, yəni Vətən torpağı uğrunda savaşmaq gerçəkliyini bizə kiminsə sübut etməsinə şəhidlərimiz yer qoymayıb. Onların qəhrəmanlığı, Şuşaya bayraq sancması, Xankəndində Zəfər paradı keçirməsi bizim nəyə qadir olduğumuzu, gücümüzü birmənalı təsdiqləyir. Ona görə də Məhərrəm Şırlanlının «Qarabağı Azərbaycanın gözu» adlandırması maraqlı bir yanaşmadır. Yən müəllifin doğulduğu elə, obaya qəlbən bağlılığının və o bağlılıq tellərinin sarsılmazlığını göstərən bir nüansdır. 

Mən bir oxucu olaraq gözdən keçirtdiyim və necə deyərlər, hər bir misrasına zaman həsr etdiyim bu kitaba olan münasibətimi elə şairin öz rübaisindən bir bəndlə yekunlaşdırmaq istəyirəm. Çünki həmin rübaidə də ucalıqdan, zirvələrdən söhbət gedir. Məncə bu ucalıq sözü ucaldanlar üçün daha təqdirəlayiqdir. 

Girəydik qol-qola, qalxaydıq dağa,
Ən uca zirvəyə çatana kimi.
Dörd yana uzanan sonsuz yollara,
Ömür zirvəsindən baxana kimi.

Elə bu misraların, yəni bu rübainin ovqatı içərisində olan hər kəsə, o cümlədən müəllifə də uğurlar diləyir, daha maraqlı yaradıcılıq nümunələri ortaya qoymasını arzu edirəm.

Əbülfət Mədətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri