Icma.az
close
up
RU
Kazino və digər əyləncə növləri turizmə müsbət təsir göstərir MÜNASİBƏT BİLDİRİLDİ

Kazino və digər əyləncə növləri turizmə müsbət təsir göstərir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kazino bir əyləncə növüdür. Bunu turizmin əsas elementi və ya aparıcı amili kimi təqdim etmək düzgün olmaz". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, kazino sadəcə olaraq, əyləncə sektorunun bir hissəsidir: "Turistlər əsasən əylənmək, azadlıq hissini yaşamaq və sərbəst seçim imkanlarına sahib olmaq istəyirlər. Məsələn, bəzi ölkələrdə - İran kimi, müəyyən qadağalar, dini məhdudiyyətlər və adət-ənənələr turistlərə sərbəstlik vermir. Belə yerlərə turist axını az olur. Əksinə, turistlər daha çox əyləncələrin bol, qiymətlərin münasib, şəraitin isə açıq və azad olduğu ölkələri seçirlər. Mən də bir turist kimi belə seçim edirəm: hara ki azadlıq var, gözəl məkanlar var, münasib qiymətlərlə əylənmək olur oraya gedirəm. Yəni, əyləncə növlərinin, o cümlədən kazinoların artırılması turizmin inkişafına xidmət edə bilər. Amma bu, turizmin əsas dayağı deyil, sadəcə cəlbedici faktorlarından biridir.

Kazino və digər əyləncə növləri turizmə müsbət təsir göstərir. Amma bunu turizmin əsas sütunu kimi təqdim etmək düzgün olmaz. Bu, sadəcə turisti cəlb edən amillərdən biridir, yəni, vacibdir, amma həlledici deyil.

Mən hesab edirəm ki, ölkəmizdə əyləncənin digər növləri də azad edilməli və sərbəst şəkildə inkişaf etdirilməlidir. Yəni, məsələyə təkcə kazino ilə yox, ümumi əyləncə sektoru çərçivəsində yanaşmaq lazımdır. Turistlər əsasən azadlıqlar axtarır, əylənmək, rahat olmaq, özünü sərbəst hiss etmək istəyir. Gəlin, nümunə götürək: Hollandiya və Gürcüstan kimi ölkələrdə bir çox sahələrdə daha geniş azadlıqlar mövcuddur və bu da turist axınını artırır. Eyni yanaşmanı Azərbaycanda da tətbiq etməliyik. Əgər biz də turistə “burada da eyni azadlıqlar, eyni rahatlıq var” mesajını verə bilsək, o zaman ölkəmizə maraq artacaq. Bu dəyişikliklər tədricən həyata keçirilməlidir, düşünülmüş şəkildə. Amma istiqamət aydındır, daha çox azadlıq, daha çox əyləncə imkanları və nəticədə daha çox turist.

Gürcüstan ərazi baxımından Azərbaycandan təxminən iki dəfə kiçik olsa da, bu ölkəyə gələn turistlərin sayı Azərbaycandan 3-4 dəfə çoxdur. Bu fərq stabil deyil, bəzən 3 dəfə, bəzən 4 dəfə çox olur, amma tendensiya aydındır: Gürcüstan turizm sahəsində daha böyük nəticələr göstərir.

Bəs nəyə görə Gürcüstan bu qədər irəlidədir?

Bu, təkcə təbii gözəlliklərlə və ya infrastrukturla bağlı məsələ deyil. Əksinə, Azərbaycanın turizm potensialı heç də geri qalmır həm coğrafi, həm təbii, həm də investisiya baxımından. Amma Gürcüstan daha çevik, açıq və ağıllı turizm siyasəti yürüdür. Onların uğurunun bir neçə səbəbi var:

Sərhədlərin açıq və giriş-çıxışın asan olması, vizasız rejimlər, ucuz hava yolları, sadə keçid qaydaları. Azadlıqların təmin olunması – turist özünü rahat və sərbəst hiss edir. Əyləncə və sosial həyatın daha sərbəst təşkili – turist təkcə muzey və təbiət axtarmır, həm də canlı, rəngarəng sosial mühit istəyir. Daxili xidmətlərin keyfiyyəti və münasib qiymətlər – keyfiyyət və qiymət nisbəti turistin seçimində əsas rol oynayır.

Yəni məsələ təkcə “kazino olsun, turist gəlsin” deyil. Bu, kompleks bir yanaşma tələb edir, infrastruktur, qanunvericilik, azadlıqlar, xidmətlər və imic birlikdə işləməlidir. Gürcüstan bu məsələlərdə düzgün yol seçib və bu gün onun uğuru təsadüfi deyil. Biz də bu nümunədən öyrənərək, öz turizm siyasətimizi daha müasir və açıq formada inkişaf etdirməliyik. Gürcüstan və ya İspaniya ilə müqayisə aparmaq yerinə, mən Türkiyə nümunəsinə baxıram. Türkiyə bu sahədə bizdən 3-4 dəfə daha irəlidədir, istər xidmət keyfiyyəti, istər əyləncə sektoru, istərsə də ümumi turizm infrastrukturuna görə. Amma onların uğuru bizim üçün “keçilməz” bir yol deyil. Əksinə, biz bu modeldən faydalanaraq öyrənə və tətbiq edə bilərik.

Kazino məsələsində isə bunu demək lazımdır: kazino xüsusi biliyə və böyük dövlət müdaxiləsinə ehtiyac olmadan işləyə bilən bir əyləncə sahəsidir. Yəni, sadəcə azadlıq verilir və sahibkarlar özləri qurur, idarə edir, işləyir. Dövlət sadəcə tənzimləyici və nəzarətçi funksiyasını yerinə yetirir. Əlavə ciddi investisiya və ya dövlət yükü tələb etmir. Təbii ki, bu məsələni təkcə turistlər baxımından deyil, yerli əhali baxımından da düşünmək lazımdır. Çünki: Yerli vətəndaş ölkədən çıxırsa, bu da ölkə üçün valyuta itkisi və turizm gəlirinin xaricə axması deməkdir. Əgər ölkədə istədiyi əyləncəni, sərbəstliyi, rahatlığı tapmırsa, insanlar xarici ölkələrə gedirlər, bu da ölkənin daxili turizminin zəifləməsi deməkdir. Əgər bu xidmətlər ölkə daxilində olsa, insan burada xərcləyər, burada qalər, yəni daxili iqtisadiyyata töhfə verər.

Qazino dedikdə təkcə qumar deyil – bu eyni zamanda:

Otel sektorunə müştəri axını deməkdir;

Restoranlar, nəqliyyat (taksi, avtobus, hava limanı), əyləncə mərkəzləri və daha bir çox xidmət sahəsinin canlanması deməkdir;

Hətta bir şüşə su, bir bilet, bir taksi gedişi belə iqtisadi dövriyyənin artmasıdır.

Kazino əsas faktor deyil, amma kompleks turizm siyasətində mövcud olan və müsbət təsir göstərən faktorlardan biridir. Onu da nəzərə almaq lazımdır ki, bu sahəni düzgün tənzimləməklə həm istismar risklərini azalda, həm də vergi gəlirlərini artırmaq mümkündür.

Kazino fəaliyyətinin təsiri təkcə bir sektorla məhdudlaşmır. Yeməkxanalar, otellər, nəqliyyat vasitələri, turizm agentlikləri və digər xidmət sahələri bundan birbaşa faydalanır. Bu, dövlətin iqtisadiyyatını hərəkətə gətirən bir zəncir reaksiyasıdır. Turizm elə bir sahədir ki, aktivləşəndə onun faydası çoxsaylı sahələrə yayılır.

Bəziləri deyə bilər ki, “kazino kənd təsərrüfatına ya da çölçülük iqtisadiyyatına təsir eləmir.” Amma bu arqument yanlışdır, çünki: Kazino birbaşa olmasa da, dolayı yollarla yerli istehsala tələbat yaradır. Məsələn, turizm mərkəzlərində yerli kənd təsərrüfatı məhsullarına – meyvə, tərəvəz, ət, süd məhsullarına tələbat artır.

Otellər, restoranlar bu məhsulları alır – bu da çöl iqtisadiyyata dolayı dəstəkdir".

"Digər məsələ isə gizli və ya qanunsuz kazinolardır. Bu gün texnologiya o qədər inkişaf edib ki, istəsək də, insanları rəqəmsal qumardan uzaqlaşdıra bilmərik. İnsan öz telefonundan, kompüterindən dünyanın istənilən yerində yerləşən onlayn kazinoya qoşula bilər. Yəni, belə bir vəziyyətdə “biz qadağan etdik, bu problem bitdi” düşüncəsi köhnə və effektiv olmayan bir yanaşmadır. Əksinə, qanunsuz oyunlar artır, nəzarət itir, nə vergi gəliri olur, nə təhlükəsizlik təmin edilir. Halbuki, qanun çərçivəsində tənzimlənmiş kazinolar olsa, dövlət vergi toplayar, nəzarəti təmin edər, fırıldaqçılıq və kriminal hallar azalar.

Bir də belə düşüncələr var ki, “Azərbaycan Las Vegas olacaq?” – bu tamamilə yanlış və şişirdilmiş qorxudur. Heç kim deyir ki, ölkə Las Vegas olacaq. Amma Las Vegas nümunəsi də göstərir ki, kazino düzgün idarə ediləndə, şəhəri qlobal səviyyədə cazibə mərkəzinə çevirə bilər.

Azərbaycan üçün məqsəd sadədir: Müasir, açıq, şəffaf və idarə olunan əyləncə siyasəti, turizmin inkişafı, iqtisadiyyatın canlanması" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri