Icma.az
close
up
RU
Kazinolar Azərbaycana turist axınını artıracaq ARAŞDIRMA

Kazinolar Azərbaycana turist axınını artıracaq ARAŞDIRMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Müasir dövrdə turizm təkcə tarixi və coğrafi gözəlliklərə deyil, həm də turistlərə təqdim olunan əyləncə və seçim azadlığına əsaslanır. Qlobal tendensiyalar göstərir ki, turistlər daha çox liberal imkanlar təqdim edən ölkələrə üstünlük verirlər. Bu kontekstdə dünyada kazino infrastrukturu aparıcı turizm komponentlərindən birinə çevrilib.

Dünyada kazino biznesi

Dövrümüzdə ABŞ kazino biznesi üzrə lider ölkədir. Təkcə 2023-cü ildə Las Veqasda fəaliyyət göstərən kommersiya kazinolarının gəliri 60 milyard ABŞ dollarını ötüb. Çinin Makao bölgəsi isə 2023-cü ildə 22,7 milyard dollar ümumi oyun gəliri ilə dünya kazino sənayesində ikinci böyük mərkəz kimi tanınır.

Gürcüstan Cənubi Qafqazda ən liberallaşmış kazino sektoruna sahibdir. 2024-cü ildə bu ölkədə kazino dövriyyəsi 28 milyard dollar, bu sahədə çalışan işçilərin sayı isə 20 min nəfər olub. Orta aylıq əməkhaqqı 1182 dollar təşkil edib. Gürcüstan artıq regional “kazino klasteri” kimi qiymətləndirilir.

Rusiya da bu sahədə güclü oyunçudur: 2023-cü ildə ölkənin əsas dörd kazino zonasının (Soçi, Vladivostok, Altay, Kalininqrad) ümumi gəliri 2,1 milyard avro, dövlət büdcəsinə vergi ödənişləri isə 2 milyard rubl olub.

Bu reallıqlar göstərir ki, kazino sektoru artıq qlobal turizmin tamamlayıcı elementi olmaqdan çıxaraq, bir çox ölkələrin iqtisadi strategiyalarında əsas gəlir mənbələrindən birinə çevrilib. Əyləncə və oyun sənayesi təkcə vergi və lisenziya gəlirləri baxımından deyil, həm də hotelçilik, iaşə, nəqliyyat və xidmət sahələrinin canlanmasına verdiyi töhfə ilə makroiqtisadi təsir gücünə malikdir. Bu səbəbdən də bir çox dövlətlər bu sektoru hüquqi çərçivəyə salaraq tənzimlənən şəkildə iqtisadi dövriyyəyə cəlb edirlər.

Azərbaycanda hüquqi addımlar

Bu beynəlxalq və regional mənzərə fonunda Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi istiqamətində ilk ciddi hüquqi addım atılıb. Ölkədə kazino biznesinin leqallaşdırılması üçün qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Bununla da Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları keçirilməsi rəsmiləşdirilib.

Kazino fəaliyyəti Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Modern.az xəbər verir ki, İqtisadçı ekspert Xalid Kərimli APA-ya açıqlamasında kazino fəaliyyətinin Azərbaycanda turizmin inkişafına dəstək verəcəyini vurğulayıb: “Turistlər səyahət edəcəkləri ölkəni seçəndə orada həm təbii, coğrafi və tarixi gözəlliklərin, həm də turistlər üçün azadlıqların miqyasının geniş olmasını nəzərə alırlar. Ölkəmiz turizm iqtisadiyyatını genişləndirmək üçün qonşu ölkələrin təcrübəsindən faydalanmalı və turizm azadlıqlarını daha da genişləndirməlidir. Məsələn, Gürcüstan təbii coğrafi gözəlliyinə və ya tarixi abidələrinin zənginliyinə görə Azərbaycandan heç də öndə deyil. Eyni zamanda turizm sektoruna yatırılan investisiyalar baxımından da Azərbaycandan geridədir. Amma ölkəyə gələn turistlərin sayına görə Azərbaycanı bəzən 3-4 dəfə qabaqlayır. Bu, Gürcüstanın həm turistlər üçün yaratdığı azadlıqların genişliyi, həm də ölkəyə giriş-çıxışın daha ucuz olması ilə əlaqədardır. Bu baxımdan Azərbaycan turizm sahəsində uğurlu olan ölkələrin təcrübəsindən faydalanmalıdır. Kazino fəaliyyətinin rəsmiləşdirilməsi turistlərə verilən növbəti azadlıqdır. Biz bununla kifayətlənməməli, turizmin inkişafına dəstək verən addımlar atmalı və bu istiqamətdə digər əyləncə növlərini də leqallaşdırmalıyıq”.

Zəncirvari iqtisadi inkişaf

X. Kərimli hesab edir ki, Azərbaycanda kazino fəaliyyətinə icazə verilməsi ölkənin hotel sənayesinin inkişafına, iaşə sektorunun daha da canlanmasına dəstək verəcək: “Eyni zamanda xaricdən gələn kazino həvəskarları digər sahələrə də xərcləmələr edəcəklər. Turizm kompleks iqtisadi artıma dəstək verir. Turizmin ən böyük üstünlüklərindən biri tək özünün deyil, yan sahələrin də inkişafına dəstək verməsi və burda yaranan gəlirin əhali təbəqəsi arasında daha sürətlə yayılmasıdır. Yəni burada inklüzivlik çoxdur. Turizm sektorunda çox sayda insan işləyir. Kazino fəaliyyətinə icazə verilməsi həm də ölkədə məşğulluğun artmasına gətirib çıxaracaq. Ölkəyə gələn turistlərin xərcləmələri kənd təsərrüfatı, aqrar sənaye, pərakəndə ticarət üçün də əlavə təsir yaradacaq. Digər tərəfdən, Azərbaycandakı kazino həvəskarları da əylənmək üçün başqa ölkələrə üz tutmayacaqlar.

Turizmin inkişafı qeyri-neft sektorunun inkişafı istiqamətində ölkəmizin əsas prioritetlərindən biridir. Bu istiqamətdə zəruri azadlıqların verilməsi, rahatlıqların yaradılması, turistlər üçün ölkəmizin cəlbediciliyini artıran amillərin daha da yaxşılaşdırılması və problemlərin aradan qaldırılması xüsusi vacibdir. Bu, ölkənin qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir”.

X. Kərimli dünyada kazino biznesi üzrə böyük həcmdə valyuta dövriyyəsinin olmasına da toxunub: “Gürcüstan bu sahədə xüsusi uğurludur. Bu ölkədə kazino biznesindəki dövriyyə 16-18 milyard avro ilə qiymətləndirilir. Rəsmi rəqəmlərə görə, Qazaxıstanda kazino dövriyyəsi təqribən 3 milyard avrodur. Rusiyada kazino biznesinin dövriyyəsi 2 milyard avrodan çoxdur. Özbəkistan da artıq bu sahədə fəaliyyətə azadlıq verib. Bu ölkədə kazino sahəsindəki dövriyyənin 1 milyard avro olacağı gözlənilir. Qeyri-rəsmi formada isə Özbəkistanda bu sahədə dövriyyələr 7-8 milyard avro həcmində qiymətləndirilir. Yəni burda həm də böyük maliyyə resurslarının dövr etməsi var”.

Turizm sektoru canlanacaq

Turizm eksperti Rəhman Quliyev dəbildirib ki, Azərbaycanda kazino biznesinin yaradılması ölkəmizi turistlər ucun daha da cəlbedici edəcək: “Bununla ölkəyə üst seqment turist axını artacaq. Xüsusilə Qazaxıstan, Rusiya, Yaxın Şərq, Çin və Türkiyədən olan zəngin səyahətçilər kazino olan ölkələri daha çox üstün tuturlar . Bu tip turistlər yalnız kazinoya deyil, lüks hotellər, restoranlar, spa və premium alış-verişə də böyük məbləğdə pul xərcləyirlər. Kazinolar vasitəsilə vergi daxilolmaları və turizmlə vəhdət təşkil edən sahələrin gəlirləri artacaq. Beynəlxalq təcrübə göstərir ki , kazinoların fəaliyyətdə olduğu iri şəhərlər dünyanın ən zəngin şəhərləri sırasındadır. Gürcüstanda Batumi modeli buna misal ola bilər. 2012-2019 illər arasında turizm və oyun sənayesi sayəsində Batumidə iqtisadi sıçrayış olub”.

Ölkəyə zəngin turistlər gələcək

R. Quliyev Azərbaycandan kənara gedən turistlərin içində də kazinolara maraqlı insanların olduğunu deyib: “Azərbaycandan Gürcüstan və Kiprə kazino üçün daha çox gedirlər. Bakıda kazinoların açılması həm yerli turistlərin daxili turizmə maraq göstərməsi, həm də xaricdən üst kateqoriya turistin Azərbaycana gəlməsinə münbit şərait yaradacaq. Ərəb ölkələrindən də Azərbaycana gələn turistlərin içində kazinoya böyük maraq var. Həmin ölkələrdən üst seqment turistlər kazino fəaliyyəti olan şəhərlərə daha çox axın edirlər. Odur ki, kazinoların fəaliyyətə başlaması ilə Azərbaycanın turizm sektorunda canlanma artacaq. Bu da ölkəmizdə hava nəqliyyatı, yerüstü nəqliyyat, ictimai iaşə, turizm xidmətləri və digər bütün əlaqəli sahələrdə iş yerlərinin 2-3 qat artmasına səbəb olacaq. Nəticədə irili-xırdalı müxtəlif növ iqtisadi sektorda fəaliyyət göstərən şəxslərin gəlirləri artacaq. Kazinoların fəaliyyətə başlaması iqtisadiyyatın güclənməsinə fayda verəcək və ölkəyə valyuta axınını təmin edəcək. Vətəndaşlar ölkəyə gələn turistlərə xidmət göstərməklə öz qazanclarını artıracaqlar. Kazinoya gələn bir turist normalda başqa ölkələrdən gələn 100 turist qədər pul xərcləyəcək ki, bu da turizmin inkişafı üçün böyük fürsətdir”.

Nəticə

Kazino biznesinin hüquqi əsaslarla tənzimlənməsi Azərbaycanda iqtisadi idarəetmə və turizm siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar yalnız əyləncə sektorunun liberallaşdırılması deyil, həm də qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin formalaşdırılması və xidmət sahələrinin canlandırılması baxımından strateji əhəmiyyət daşıyır. Qlobal və regional təcrübə göstərir ki, kazino biznesi turizm axınını artırmaqla yanaşı, hotelçilik, iaşə, nəqliyyat, kənd təsərrüfatı və pərakəndə ticarət kimi sahələrdə də inklüziv iqtisadi artıma təkan verir. Azərbaycanın bu sahədə atdığı addım, düzgün tənzimləmə və şəffaf lisenziyalaşdırma mexanizmləri ilə müşayiət olunduğu təqdirdə, həm daxili bazarın dirçəlməsinə, həm də ölkənin beynəlxalq turizm cəlbediciliyinin artmasına mühüm töhfə verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri