Icma.az
close
up
RU
“Kazmortransflot” gəmiləri ilə ötən il Aktaudan Bakıya 51 mindən çox konteyner daşınıb

“Kazmortransflot” gəmiləri ilə ötən il Aktaudan Bakıya 51 mindən çox konteyner daşınıb

Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətlər qrupuna daxil olan “Kazmortransflot” gəmiləri ilə Aktau-Bakı marşrutu üzrə iyirmi futluq ekvivalentdə (TEU) 51,4 min konteyner daşınıb.

Bu barədə “Report” KMG-nin məlumatına istinadən xəbər verir.

"2024-cü ildə konteyner daşımalarında müsbət dinamika müşahidə olunub. 2019-cu ildə istifadəyə verilən Aktau-Bakı-Aktau marşrutu üzrə “Kazmortransflot” tərəfindən ötən il 55 min TEU ümumi həcminin 94 %-i və ya 51,4 min TEU daşınıb", - məlumatda qeyd olunub.

Həmçinin 2024-cü ildə “Kazmortransflot”un gəmiləri ilə 13,2 milyon ton neft daşınıb. Bu da 2023-cü ilin göstəricisindən 22,2 % çoxdur.

"Artım “Tengiz” və “Qarajanbaş” yataqlarından Xəzər dənizi vasitəsilə neft tədarükünün, həmçinin Qara dəniz vasitəsilə karbohidrogenlərin daşınmasının artması sayəsində təmin edilib. Tankerlərin istismarının başlanğıcından bəri daşınan neftin ümumi həcmi 170 milyon tonu ötüb", - məlumatda bildirilib.

seeBaxış sayı:97
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri