Icma.az
close
up
RU
Keçəlin dərmanı olsa ... İran ABŞ arasında müharibə baş verərsə, müttəfiq çatışmazlığı yaşaya bilər

Keçəlin dərmanı olsa ... İran ABŞ arasında müharibə baş verərsə, müttəfiq çatışmazlığı yaşaya bilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranla ABŞ arasında müharibə baş verərsə, İranla müttəfiq ola biləcək ölkələr olacaqmı? İrana görə, hansısa ölkə ABŞ-nı qarşısına alarmı?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müharibə baş verərsə, İranın yanında hansı ölkələrin müttəfiq kimi yanında olacağını demək çətindir. Siyasi şərhçinin fikrincə, İran çox da güclü müttəfiqlərə malik deyil.

Sadiq İsabəyli

“İrana dolayı yolla müttəfiq ola biləcək Rusiya və Çin var. Hazırda Rusiyanın vəziyyəti göz qabağındadır. Rusiya-Ukrayna müharibəsində İranla əməkdaşlıq edir. Orada İranın bir sıra pilotsuz uçuş aparatları fəaliyyət göstərir. Ukraynaya qarşı hava hücumunda Rusiya bu aparatlardan istifadə olunub. Mövcud şəraitdə Rusiyanın İrana açıq şəkildə hərbi yardım etmək məsələsi çox şübhəlidir. Yəni bu, inandırıcı görünmür. Çünki Rusiyanın Ukrayna üzərindən itirəcəyi çox məsələlər ola bilər. Amerika heç bir halda Ukrayna təzyiq göstərə bilməz ki, “gəl, Rusiya ilə anlaş və yaxud onun dediklərini baş əy”.

Digər tərəfdən Rusiyaya əlavə embarqoların qoyulması, onun zəiflədilməsi və bir çox məsələlər var ki, Rusiya o riskə getməz, onu İrana görə qurban verməz. Çin də İranla iqtisadi tərəfdaşdır. Çinin iqtisadi olaraq maraqları həm bölgədə, həm dünyada böyükdür. Amma Çin regional müharibəyə qarışmağa maraqlı deyil. Hətta Çin rəsmiləri İran tərəfinə görüşlərdə deyir ki, “siz daha çox Qərbyönümlü siyasətdə maraqlısınız və belə olan halda, biz sizin üzərinizdən addım ata bilmirik”. Yəni Çin hər hansı müttəfiqlikdə, hətta iqtisadi və yaxud digər tərəfdaşlıq məsələlərində də, ümumiyyətlə İranın üstündə çox da hesab apara bilmir, inanmır. Belə olan halda Çinin də müttəfiq ola biləcəyi inandırıcı deyil”-deyə Sadiq İsabəyli qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, digər tərəfdən terror təşkilatları İranın əlində olan kart idi və İran onlarla dünyanı hədələyirdi, indi onlar da zəiflədiyi üçün İrana müttəffiq ola biləcək gücə sahib deyillər.

Sadiq İsabəyli bildirib ki, ABŞ və İran arasında müharibə hələlik qarşılıqlı ittihamlar və yaxud bir sıra diplomatik yanaşmalarla gedir: “Görünən odur ki, Amerika çox da gözlətməyəcək, bəlli bir zaman verilib. Təxmini 2-3 ay. Bu zaman içində məsələ ilə bağlı ciddi və yekun qərar ortada olacaq”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri