Icma.az
close
up
RU
Emil Mpenzadan Vensan Abubakaradək Futbolumuzun məşhur legionerləri

Emil Mpenzadan Vensan Abubakaradək Futbolumuzun məşhur legionerləri

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Son illərdə Azərbaycan futbolu bir sıra tanınmış futbolçuların diqqətini cəlb edib. Xüsusilə, "Qarabağ"ın beynəlxalq arenadakı uğurlu çıxışları ölkə klublarına olan marağı artırıb. Bura gələn ulduzların bir qismi karyeralarının son mərhələsində yeni təcrübə yaşamaq, digərləri isə özlərini yenidən sübut etmək ümidi ilə bu seçimi edirlər. Amma məqsədləri nə olursa-olsun, onların hər biri Azərbaycan çempionatına özünəməxsus dəyər qatır - təcrübələri, mediada yaratdıqları maraq, beynəlxalq imicə verdikləri töhfə və bəzən də yadda qalan epizodları ilə. Son olaraq Vensan Abubakar "Neftçi" ilə müqavilə imzalayıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mpenza ilə açılan cığır

Emil Mpenzaya qədər də bəzi məşhur oyunçular Azərbaycan çempionatına üz tutub. Lakin belçikalı forvard öncəkilərin hər birini üstələyirdi. O, 2010-cu ildə "Neftçi"yə transfer olunanda artıq Avropa futbolunun tanınmış simalarından biri idi. "Şalke", "Hamburq", "Mançester Siti" kimi klublarda oynamış Mpenza Bakı klubuna gələndə 32 yaşı var idi. O, "Neftçi"də keçirdiyi 28 oyunda 5 qolla yadda qaldı. Hərçənd yaş və zədələr onun tam potensialını göstərməsinə imkan vermədi, lakin belçikalı Azərbaycan futboluna gələn ilk "dünya səviyyəli" hücumçulardan biri kimi tarixə düşdü. Mpenzanın transferi sonrakı illərdə ölkəmizə gələcək ulduzlara yol açan ilk addımlardan biri idi.

Bakıya gələn "zadəgan"

2019-cu ilin yazında dünya futbolunun nəhəng adlarından biri, "Çelsi"nin sabiq ulduzu Maykl Essien Bakıya gəldi. Uzun illər "zadəganlar"ın əsas simalarından olan qanalı yarımmüdafiəçi "Səbail"lə müqavilə bağladı və qısa müddətdə klubun simasına çevrildi. Essien yalnız meydanda yox, həm də soyunub-geyinmə otağında təcrübə mənbəyi idi.

Baxmayaraq ki, yaş və zədələr onun ən yaxşı performansını göstərməsinə mane olurdu, "Səbail"də Essien 14 oyunda meydana çıxdı. Onun gəlişi beynəlxalq səviyyədə Azərbaycan futbolunun tanınmasına səbəb oldu. Essienin Bakıya gətirdiyi əsas dəyər nəticədən çox imic idi.

Qapıda "Premyer Liqa səviyyəsi"

2019-cu ildə Asmir Beqoviçin "Qarabağ"a transferi həm yerli, həm də beynəlxalq mediada böyük əks-səda doğurdu. Bosniya və Herseqovina millisinin sabiq qapıçısı, "Çelsi" və "Everton" kimi klublarda çıxış etmiş Beqoviç "Bornmut"dan icarəyə gəldiyi zaman hələ də möhtəşəm formada idi.

Qapıda inamlı çıxışları ilə o, komandanın Avropa oyunlarındakı əsas dayağına çevrildi. Beqoviç Azərbaycan çempionatını çempionluq titulu ilə başa vuraraq ölkədə təkcə ulduz deyil, həm də peşəkarlıq simvolu olaraq yadda qaldı.

Yapon dəqiqliyi ilə "Neftçi"də

2021-ci ildə pandemiya səbəbindən bütün dünyada futbol dayanmışkən, Keysuke Honda Azərbaycana gəldi. Yapon ulduz "Neftçi" ilə qısamüddətli müqavilə imzaladı və 7 oyunda 2 qol vurdu.

"Milan"dakı oyunu ilə məşhurlaşan Honda "Neftçi" üçün piar baxımından böyük addım olmaqla yanaşı, komandanın titul arzusuna son qoymaqda da aparıcı oyunçulardan idi. O, komanda ilə birlikdə həmin mövsüm Azərbaycan çempionu oldu və karyerasını titulla başa vurdu. Honda intizamlı, təmkinli və texniki cəhətdən hələ də güclü idi. Qısamüddətli də olsa, Honda Azərbaycan futbolunda iz qoymağı bacardı.

Özünü yenidən sübut edən Benziya

"Qarabağ" son illərdə legioner siyasətini ən uğurlu şəkildə quran klubdur. Bu strategiyanın növbəti hədəfi 2023-cü ildə Yassin Benzia oldu. "Lill" və "Lion" kimi klublarda oynamış fransalı hücumçu "Qarabağ"a gələrkən, karyerasının eniş dövrünü yaşayırdı. Burada isə o, yenidən parlamağı bacardı. Benziya ölkəmizə həm Avropa təcrübəsini, həm də yaradıcılığını gətirdi. O, "Qarabağ"da ümumilikdə 62 oyunda 19 qol vurmağı bacardı. Futbolçunun oyun tərzi komandanın taktikasına uyğun idi: driblinq, ötürmə dəqiqliyi və son zərbələrdə səlisliyi.

Abubakar nə ilə yadda qalacaq?

Azərbaycanda bu mövsümün əsas hadisəsi isə Vensan Abubakarın "Neftçi"yə gəlişidir. Kamerunlu forvardın "ağ-qaralar"a keçidi xəbəri gündəmi silkələdi. Sonuncu klubu "Hatayspor" olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub. "Neftçi" azarkeşlərinin ulduz futbolçuya inamı böyükdür. O, komandanın hücum xəttindəki çətinliyini aradan qaldırmaq üçün transfer edilib. Eyni zamanda, "Neftçi"nin adının beynəlxalq arenada daha çox çəkilməsinə səbəb olub. Hələlik Abubakarın nə ilə yadda qalacağını təxmin etmək çətindir. Lakin əgər o, bacarığını göstərə bilsə, Premyer Liqanın əsas simalarından birinə çevriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri