Icma.az
close
up
RU
Almaniyanın Köln şəhərində “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib

Almaniyanın Köln şəhərində “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 26 oktyabr, AZƏRTAC

Dünya Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Almaniyanın Köln şəhərində “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Qərbi Azərbaycana qayıdış hüququ, ictimai diplomatiya və beynəlxalq-hüquqi mexanizmlər barədə ictimai məlumatlandırmanı artırmaq, eləcə də bu sahədə fəaliyyət göstərən qurumlar və ekspertlər arasında əməkdaşlığı dərinləşdirmək olub. Tədbir Dünya Azərbaycanlı Gənclər Təşkilatının tərəfdaşları - Qərbi Azərbaycan İcması (Western Azerbaijan Community), Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq şəraitində baş tutub.

Dünya Azərbaycanlı Gənclər Təşkilatının sədri Ramin Həbibzadə tədbirdə çıxış edərək Qərbi Azərbaycanın tarixi, demoqrafik reallıqları və mədəni irsi barədə məlumat verib. O, gənclərin şəbəkələşməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və bilik-resurs mübadiləsinin sistemli şəkildə təşkilinin zəruriliyini vurğulayıb.

İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdar İrəvani çıxışında İrəvan xanlığının tarixi və nəsil şəcərəsinə dair arxiv mənbələrindən, xatirə yazılarından və şifahi tarix materiallarından bəhs edib. O, İrəvan şəhərinin çoxqatlı tarixi-mədəni siması, demoqrafik dəyişmələri və bölgənin formalaşmasında Azərbaycan türk icmasının rolundan söz açıb. İrəvanda mövcud olmuş məscidlər, karvansaralar, qəbiristanlıqlar və digər tarixi abidələr haqqında faktları diqqətə çatdıran Əmir Əli Sərdar İrəvani mədəni irsin qorunması ilə bağlı məlumatlandırma işinin beynəlxalq səviyyədə aparılmasının önəmini qeyd edib. Diaspor müstəvisində bu irsin kimlik və yaddaşın daşıyıcısı kimi dəyərini vurğulayan natiq gənclərin tarixi bilik əsasında ictimai diplomatiyada daha fəal rol almalarının zəruriliyini bildirib.

Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri Altay Rüstəmli qayıdış mövzusuna strateji yanaşmadan söz açıb, Avropada ictimai diplomatiyanın gücləndirilməsi, koordinasiya və gənclərin advokasiya fəaliyyətinin dayanıqlı şəkildə təşkili üzrə praktiki addımlardan, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdış hüququndan danışıb.

Avropa-Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev də məsələyə beynəlxalq hüquq prizmasından yanaşıb, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdış hüququndan söz açıb. O, Avropa-Azərbaycan Mərkəzinin Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq hüquq çərçivəsində hüquqi yardımların göstərilməsi, bəyanatların və hüquqi izahatların ictimaiyyətə çatdırılması, hüquqi maarifləndirmə işinə fəal şəkildə dəstək göstərməkdə davam edəcəyini vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri