Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Keçid balı arta bilər” kimi açıqlamalar gənclərdə əlavə stres yarada bilər

“Keçid balı arta bilər” kimi açıqlamalar gənclərdə əlavə stres yarada bilər

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Keçid ballarının müəyyən olunması Dövlət İmtahan Mərkəzinin inzibati qərarı ilə deyil, abituriyentlər arasında yaranan rəqabət əsasında formalaşır. Bu, cəmiyyətin, xüsusilə də abituriyentlərin və valideynlərin bəzən səhv anladığı və nəticədə emosional təhlillərə səbəb olan əsas məsələlərdən biridir. Məleykə Abbaszadənin “III ixtisas qrupu üzrə keçid balları arta bilər” fikri rəsmi qərar və ya əvvəlcədən planlaşdırılmış istiqamət deyil, sadəcə müşahidələrə əsaslanan ehtimallar çərçivəsində verilmiş bir açıqlamadır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda keçid ballarının artacağını deməsinə münasibət bildirərkən dedi.

"Bu cür fikirlər imtahan nəticələrinin gedişinə dair tendensiyaları izah etmək məqsədi daşıyır, lakin keçid balını süni şəkildə qaldırmaq və ya endirmək səlahiyyəti heç bir şəxsə və quruma aid deyil.

Ümumiyyətlə, keçid balı – müəyyən bir ixtisas üzrə dövlət sifarişi ilə ayrılmış yerlərin sayına və həmin ixtisası seçən abituriyentlərin topladığı balların bölgüsünə əsasən müəyyənləşir. Yəni balın aşağı və ya yüksək olması sırf sualların çətinliyi ilə deyil, həmin istiqamət üzrə rəqabətin intensivliyi ilə birbaşa əlaqəlidir. Əgər 2-ci imtahan mərhələsində iştirak edən abituriyentlər daha yüksək nəticə göstərirlərsə, bu zaman keçid balının artması tamamilə təbii və ədalətli bir nəticə hesab olunur. Həmin artım hansısa inzibati müdaxilənin deyil, statistik bölgünün məhsuludur.

Maraqlı və bir qədər də təəssüf doğuran hal isə odur ki, bəzi abituriyent və valideynlər bu məsələdə məsuliyyətin istiqamətini yanlış tərəfə yönəldir. Məsələn, 1-ci cəhdin çətin olduğunu əsas gətirərək keçid balının artırılmasının “haqsızlıq” olduğunu iddia edirlər".

Ekspert qeyd etdi ki, imtahan prosesində yalnız fərdi çətinlik hissi deyil, bütün iştirakçıların nəticələri nəzərə alınır.

"Əgər 1-ci mərhələdə çətinlik daha çox iştirakçının nəticəsinə təsir edibsə, bu artıq ümumi nəticə bölgüsündə əks olunur. Yəni sistem hər bir mərhələnin balansını öz içində tənzimləyir və hər iki cəhddə topladığı ən yüksək bal abituriyentin yekun balı kimi qəbul olunur. Belə olan halda sistemin ədalətli işləmədiyini iddia etmək üçün əsas qalmır.

Eyni zamanda, abituriyentlərə yönəlik açıqlamaların zamanlaması da diqqətlə nəzərdən keçirilməlidir. İkinci cəhdə sayılı günlər qalarkən “keçid balı arta bilər” tipli açıqlamalar, istər-istəməz bəzi gənclərdə əlavə təzyiq, stres və neqativ psixoloji təsir yarada bilər. Bu da onların real potensialını göstərməsinə əngəl törədə bilər. Ona görə də imtahanların ədalətliliyi ilə yanaşı, kommunikasiya siyasəti də həssas və məsuliyyətli şəkildə qurulmalıdır.

Nəticə olaraq, hər bir abituriyent bilməlidir ki, imtahan nəticəsində uğur qazanmaq yalnız imtahanın asan və ya çətin olmasından deyil, həmin ixtisas üzrə formalaşan ümumi rəqabətdən asılıdır. Bütün namizədlər eyni şərtlərdə iştirak edir və sistem yekunda daha yüksək nəticə göstərənləri önə çıxarır. Bu isə təhsil sistemində obyektivliyin və şəffaflığın təmin olunmasının əsas təminatlarından biridir", - deyə Əmrah Həsənli bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri